Elmi konfrans: “Sepsisə multidisiplinar yanaşma”   
26.05.2026 11:28

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ATU-nun I Müalicə-Profılaktika Fakültəsinin təşkilatçılığı və “AzerMDS - Həkimlər və Təbib Tələbələr" İctimai Birliyinin dəstəyi ilə “Sepsisə multidisiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib.

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.

 

Bildirilib ki, tədbirdə çıxış edən Patoloji fiziologiya kafedrasının müdiri, professor Sabir Əliyev sepsis mövzusunun müasir tibbin ən aktual problemlərindən biri olduğunu vurğulayıb. Sepsisin sürətli gedişi və yüksək ölüm riski ilə seçildiyini və ciddi patologiya olduğunu önə çəkən professor bu səbəbdən hər bir mütəxəssisin xəstəliyə xüsusi həssaslıqla yanaşmasının vacibliyini nəzərə çatdırıb.  

 

Daha sonra çıxış edən ATU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov son dövrlərdə universitetdə keçirilən elmi konfransların artıq ənənə halı aldığını qeyd edib. Prorektor bu qəbildən olan tədbirlərin tələbə və əməkdaşların elmə, təhsilə və universitetə olan məsuliyyətinin göstəricisi kimi dəyərləndirib.

 

Sepsis mövzusunun daim aktuallığını qoruduğunu da  vurğulayan M.Səfərov bu baxımdan konfransın xüsusi əhəmiyyətə malik olduğunu önə çəkib.

 

ATU-nun I Müalicə-Profılaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov çıxışında qeyd edib ki, konfransın əsas məqsədi sepsis və septik şokla bağlı müasir yanaşmaların multidisiplinar formatda müzakirəsidir. Həmçinin məqsəd sepsisin histoloji əsaslarından başlayaraq sitokin fırtınası, mikrobioloji xüsusiyyətlər, erkən diaqnostika, farmakoloji müalicə, intensiv terapiya, təcili tibbi yardım və cərrahi müdaxilə prinsiplərini geniş şəkildə təqdim etməkdir.

 

Onun sözlərinə görə, sepsis yüksək ölüm göstəriciləri, sürətli klinik gedişi və kompleks yanaşma tələb etməsi səbəbindən səhiyyə sistemi üçün ciddi çağırış olaraq qalır. Dekan konfransın tələbə və gənc həkimlər üçün nəzəri biliklərin klinik praktikaya inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıdığını, belə elmi platformaların multidisiplinar əməkdaşlığın inkişafına töhfə verdiyini də diqqətə çatdırıb.

 

“AzerMDS Həkimlər və Təbib Tələbələr" İctimai Birliyinin sədri Gülay Novruzova təşkilatın fəaliyyətindən söz açıb. Birliyin gənc həkim və tələbələrin inkişafına yönəlmiş müxtəlif layihələrin icrasını həyata keçirdiyini deyən G. Novruzova gələcəkdə bu istiqamətdə fəaliyyətin artırılacağını qeyd edib.

 

Müxtəlif aktual mövzuları əhatə edən elmi məruzələrlə davam edən konfransda dosent Günel Əyyubova, dosent Aidə Qasımova, professor Həqiqət Qədirova, assistent Təranə Sadıqova, dosent Şəhla Qasımova, assistent Namaz İbrahimov, dosent Fatimə Abdulkərimova, assistent Bəyaz Namazova və assistent Tapdıq Məmmədov çıxış ediblər.

 

Tədbir çərçivəsində həmçinin Yoluxucu xəstəliklər kafedrasının baş laborantı Hökümə Məmmədovanın təqdimatında “Sepsisin klinik təhlili” vorkşopu təşkil olunub.

   

 

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər