Tədris Cərrahiyyə Klinikasında mürəkkəb öd kisəsi əməliyyatı icra olunub  
27.05.2026 11:35
Tədris Cərrahiyyə Klinikasında öd daşı xəstəliyinin nadir və mürəkkəb forması ilə bağlı uğurlu cərrahi əməliyyat icra olunub.
 
Azərbaycan Tibb Universitetinin (ATU) Ümumi cərrahlıq kafedrasının müdiri, professor Elçin Ağayev Aztibb.az-a bildirib ki, xəstə sağ qabırğaaltı ağrılar və ürəkbulanma şikayətləri ilə müraciət edib. Aparılan ultrasəs müayinəsi zamanı öd kisəsinin boynunda Hartman cibində yerləşən 3 santimetrlik daş aşkarlanıb.
 
Müayinələr nəticəsində həmçinin öd kisəsinin təxminən 30 santimetrə qədər böyüdüyü, hidropik dəyişikliklərə uğradığı və mərkəzi hissəsindən qatlandığı müəyyən olunub. Professorun sözlərinə görə, iltihabi və infiltrativ dəyişikliklər səbəbindən qaraciyəraltı nahiyə, onikibarmaq bağırsaq və köndələn çənbər bağırsaq öd kisəsinə yapışmış vəziyyətdə olub ki, bu da əməliyyatı texniki baxımdan olduqca mürəkkəb edib.
 
Elçin Ağayev qeyd edib ki, öd daşı xəstəliyi praktikada ən çox rast gəlinən xəstəliklərdən biri olsa da, 35 santimetrə qədər böyümüş və hidropik dəyişikliklərə uğramış öd kisəsi nadir hallarda müşahidə edilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır