Reproduktiv sağlamlıq sahəsində müzakirələr aparılıb
26.05.2026 12:14

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun təşkilatçılığı ilə Gəncə şəhərində “Reproduktiv sağlamlıq” mövzusunda elmi-praktik seminar baş tutub.

 

İnstitutdan Aztibb.az-a verilən məlumata görə, seminar çərçivəsində reproduktiv sağlamlıq sahəsində aktual yanaşmalar, müasir diaqnostika və müalicə üsulları, həmçinin praktik təcrübələr müzakirə olunub.

Tədbirdə institutun əməkdaşları Reproduktiv Sağlamlıq Texnologiyaları şöbəsinin müdiri Xəyalə Təhməzi və Konservativ cərrahiyyə şöbəsinin müdiri Nəcibə Məhərrəmova çıxış edərək reproduktiv sağlamlığın qorunması, ana və uşaq sağlamlığının gücləndirilməsi, erkən diaqnostikanın əhəmiyyəti və müasir tibbi yanaşmalar barədə təqdimatlarla iştirak ediblər.

 

Seminar iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır