Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən Qəbələ RMX-da təlim təşkil olunub
26.05.2026 14:26

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən Qəbələ Rayon Mərkəzi Xəstəxanasında “Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu" mövzusunda regional praktik təlim baş tutub.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, tədbirdə Səhiyyə Nazirliyi Milli Vərəm proqramı üzrə koordinatoru, nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutun Poliklinika şöbəsinin ftizatrı Aysel Aslanova, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktoru Əhmədov Ceyhun və Xəstəxananın baş həkimi Cəfərov Fikrət, İnstitutun həkim-mütəxəssisləri və eyni zamanda region rayonların ilkin səhiyyə xidmətinin həkimləri iştirak ediblər.

 

Tədbirin məqsədi vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolunun təkmilləşdirilməsi olub.

 

İnteraktiv formada davam edən tədbir çərçivəsində müxtəlif mövzular üzrə müzakirələr aparılıb və suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır