Respublika Klinik Xəstəxanasında çəpgözlük əməliyyatları uğurla davam etdirilir  
26.05.2026 10:01
Respublika Klinik Xəstəxanasında çəpgözlük əməliyyatları müasir cərrahi metodlarla həyata keçirilir və əməliyyatdan sonra pasiyentlərdə görmə funksiyasının yaxşılaşması ilə yanaşı, estetik görünüş də bərpa edilir. Qısa reabilitasiya müddəti ilə seçilən bu üsul yüksək effektivliyi ilə fərqlənir.
 
 
Aztibb.az-a Respublika Klinik Xəstəxanasından verilən xəbərə görə, tibb müəssisəsində son dövrlər bu üsulla 20-yə yaxın çəpgözlük əməliyyatı icra edilib.
 
Hazırda xəstəxanada bu istiqamətdə əməliyyatlar davam etdirilir və əməliyyatlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunur.
 
Qeyd edək ki, tibb müəssisəsində yenidən çəpgözlük üzrə ilk əməliyyat 6 noyabr 2025-ci il tarixində həkim-oftalmoloq Sevda Yunusova tərəfindən həyata keçirilib və uğurla nəticələnib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır