Gömrük Hospitalında uroloji risklər və multidissiplinar klinik yanaşmalara dair elmi seminar keçirilib  
25.05.2026 15:06
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında həkim və rezidentlər üçün növbəti elmi maarifləndirici seminar keçirilib.
 
Bu barədə Aztibb.az-a Hospitaldan məlumat verilib.
 
Bildirilib ki, seminarda Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi, uzman uroloq-androloq Bəhruz Xalıqov “Gestasiya dövründə uroloji patologiyalara multidissiplinar yanaşma” mövzusunda və Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin 5-ci kurs həkim-rezidenti Güllüxanım Rəhimova “Klinik hal” mövzusunda təqdimatlarla çıxış ediblər. Seminar çərçivəsində hamiləlik dövründə rast gəlinən uroloji patologiyaların erkən diaqnostikası, risklərin düzgün qiymətləndirilməsi və klinik qərarvermə prosesində multidissiplinar əməkdaşlığın rolu geniş şəkildə müzakirə olunub.
 
Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi, uzman uroloq-androloq Bəhruz Xalıqov çıxışı zamanı gestasiya dövründə müşahidə olunan uroloji patologiyaların klinik spektri, risk faktorları və müasir müalicə yanaşmaları barədə ətraflı məlumat verib. O, xüsusilə hamiləlik zamanı fizioloji dəyişikliklərin uroloji sistemə təsiri və bu dəyişikliklər fonunda yaranan ağırlaşmaların idarə olunmasında fərdi yanaşmanın vacibliyini qeyd edib.
 
Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin 5-ci kurs həkim-rezidenti Güllüxanım Rəhimova tərəfindən təqdim edilən “Klinik hal” isə real tibbi vəziyyət əsasında hazırlanaraq iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Təqdimatda diaqnostik mərhələlər, differensial yanaşma və müalicə strategiyasının seçilməsi addım-addım izah olunub.
 
Seminarın sonunda iştirakçılar arasında interaktiv müzakirələr aparılıb, klinik suallar cavablandırılıb və praktik təcrübələr bölüşülüb. Qeyd olunub ki, bu tip elmi tədbirlər həkim və rezidentlərin bilik və bacarıqlarının artırılması, eləcə də multidissiplinar əməkdaşlıq mədəniyyətinin inkişaf etdirilməsi baxımından mühüm rol oynayır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır