Tədris Cərrahiyyə Klinikasında uğurlu böyrək əməliyyatı  
25.05.2026 15:48
Tədris Cərrahiyyə Klinikasında 40 yaşlı qadın xəstədə sağ böyrəyin böyük ölçülü kistasının laparoskopik yolla ləğvi əməliyyatı icra olunub.
 
Klinikadan Aztibb.az-a verilən xəbərə görə, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri, professor Tədris Cərrahiyyə Klinikasının uroloq-cərrahı, Rauf Nağıyev bildirib ki, xəstə sağ bel nahiyəsində daimi küt ağrılar, arterial təzyiqin dəyişməsi və sağ tərəfdə yata bilməmə şikayətləri ilə müraciət edib. Aparılan müayinələr nəticəsində xəstəyə sağ böyrəyin 7 sm ölçülü kistası diaqnozu qoyulub.
 
Professorun sözlərinə görə, əməliyyat az invaziv üsul olan laparoskopik metodla həyata keçirilib. Müdaxilə zamanı kistanın böyrəyin daxilinə ciddi basqı göstərdiyi, həm qan dövranını, həm də orqanın funksiyasını pozduğu müşahidə olunub.
 
Qeyd edilib ki, böyrək kistaları xüsusilə 45-50 yaşdan sonra geniş yayılır və insanların təxminən yarısında rast gəlinir. Lakin bütün kistalar əməliyyat tələb etmir. Həkimin fikrincə, 4 sm-dən böyük kistalar böyrəyin fəaliyyətinə təsir göstərdiyi üçün onların ləğvi vacib hesab olunur.
 
Professor Rauf Nağıyev həmçinin vurğulayıb ki, böyrək kistaları xoşxassəli törəmələrdir və yaranma səbəbi tam məlum deyil.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır