TƏBİB-də ÜST-nin Azərbaycan nümayəndəliyinin üzvləri ilə görüş keçirilib  
25.05.2026 10:45
TƏBİB-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin üzvləri ilə görüş keçirilib.
 
Aztibb.az xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramov və ÜST-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancının rəhbərliyi ilə keçirilən görüşdə mövcud əməkdaşlıq, həyata keçirilən layihələr və gələcək perspektivlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
 
 
Tərəflər tibbi xidmətlərin keyfiyyətinin artırılması, insan resurslarının inkişafı, rəqəmsal tibbi həllərin tətbiqi, ictimai səhiyyə sahəsində institusional potensialın gücləndirilməsi və beynəlxalq təcrübə mübadiləsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
 
Görüş çərçivəsində həmçinin prioritet istiqamətlər üzrə birgə təşəbbüslərin həyata keçirilməsi, texniki dəstək mexanizmlərinin inkişaf etdirilməsi və əməkdaşlığın gücləndirilməsi məsələləri də müzakirə olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır