Cəmi bir saat çirkli havaya məruz qalmaq beynin fəaliyyətini dəyişə bilər
25.05.2026 07:21

 

Birləşmiş Krallıq alimlərinin apardığı yeni klinik araşdırma göstərib ki, cəmi bir saat ərzində çirkli havaya məruz qalmaq beyin və tənəffüs sisteminin fəaliyyətində nəzərəçarpacaq dəyişikliklər yarada bilər.

 

Aztibb.az "Clean Air" jurnalında dərc olunan tədqiqatın nəticələrinə diqqət çəkib.

 

Hazırda dünyanın bir çox ölkəsində hava keyfiyyəti standartları havadakı hissəciklərin miqdarına əsasən müəyyən edilir. Lakin yeni araşdırma göstərib ki, yalnız hissəciklərin sayı deyil, onların mənbəyi və kimyəvi tərkibi də insan sağlamlığı üçün böyük əhəmiyyət daşıyır.

 

Tədqiqatın aparıcı müəllifi, Thomas Faerty rəhbərliyi altında alimlər ailəsində demensiya halları olan, yaşı 50-dən yuxarı 15 sağlam könüllünü araşdırmaya cəlb ediblər. İştirakçılar xüsusi qapalı kamerada 60 dəqiqə ərzində müxtəlif növ hava çirkləndiricilərinə məruz qalıblar.

 

Araşdırma zamanı beş fərqli şərait sınaqdan keçirilib: təmiz hava, odun tüstüsü, dizel mühərriki qazları, mətbəx tullantıları və limonen tərkibli təmizləyici vasitələrin yaratdığı sitrus aerozolu. Hər bir iştirakçı bütün bu mühitlərə ayrı-ayrılıqda məruz qalıb və testlər arasında iki həftə fasilə verilib.

 

Maraqlıdır ki, bütün hallarda havadakı bərk hissəciklərin konsentrasiyası eyni olub. Bu isə alimlərə müxtəlif çirkləndirici mənbələrin insan orqanizminə təsirini ayrıca qiymətləndirməyə imkan verib.

 

Tədqiqat nəticəsində müəyyən olunub ki, bəzi çirkləndiricilərdən sonra ağciyər funksiyasında nəzərəçarpacaq azalma müşahidə edilib. Xüsusilə odun tüstüsü və limonen aerozolundan sonra nəfəsvermə göstəriciləri zəifləyib. Dəyişikliklər klinik diaqnoz üçün yetərli olmasa da, alimlər sağlam insanlarda belə qısa müddətli təsirdən sonra ümumiyyətlə dəyişiklik gözləmədiklərini bildiriblər.

 

Mütəxəssislərin fikrincə, bu nəticələr tənəffüs sistemi və beynin hava çirkliliyinin kimyəvi tərkibinə əvvəl düşünüləndən daha həssas olduğunu göstərir. Araşdırma həmçinin mövcud hava keyfiyyəti standartlarının yenidən nəzərdən keçirilməsinin vacibliyini gündəmə gətirir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır