Avropada sifilis və digər cinsi yolla keçən infeksiyalarda rekord artım qeydə alınıb
24.05.2026 08:53

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi tərəfindən yayılan məlumatlara əsasən, Avropada cinsi yolla keçən infeksiyaların yayılmasında kəskin artım müşahidə olunur.

 

Aztibb.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Məlumata görə, sifilisə yoluxma halları təxminən 46 minə çatıb ki, bu da 2015-ci illə müqayisədə iki dəfə çoxdur və indiyədək qeydə alınmış ən yüksək göstərici hesab olunur. Eyni zamanda 2024-cü ildə qonoreya (süzənək) hallarının sayı 106 mindən çox olub və bu, əvvəlki ilə nisbətən 4,3% artım deməkdir.

Statistikaya əsasən, sifilis və qonoreya halları üzrə yoluxmaların yarıdan çoxu kişilər arasında, xüsusilə də eyni cinsli cinsi əlaqədə olan şəxslər arasında qeydə alınıb. Mütəxəssislər bu tendensiyanı ictimai səhiyyə baxımından riskli hesab edirlər.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi nümayəndəsi Bruno Chancó bildirib ki, bu infeksiyalar müalicə olunmadıqda ciddi fəsadlara səbəb ola bilər. Onun sözlərinə görə, sifilis ürək-damar sistemi və sinir sistemi pozğunluqları, həmçinin xroniki ağrılar və sonsuzluq kimi ağır nəticələrə gətirib çıxara bilər.

Mütəxəssislər xüsusilə anadangəlmə sifilis hallarının artmasından narahatdırlar. Bildirilir ki, bu göstərici 78-dən 140-a yüksəlib. Eyni zamanda xlamidioz hallarında cüzi azalma müşahidə olunsa da, ümumi yoluxma sayı 213 mindən yuxarı olaraq qalır.

Ekspertlərin fikrincə, gənclər arasında seksual davranış modellərinin dəyişməsi, qorunma tədbirlərinin kifayət qədər tətbiq olunmaması və maarifləndirmə səviyyəsinin zəifləməsi bu artımın əsas səbəblərindən biri kimi göstərilir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır