Süd vəzi xərçəngi ilə mübarizədə yeni yanaşma
24.05.2026 10:42

Cənubi Ural Dövlət Universiteti alimləri beynəlxalq tədqiqat qrupu ilə birlikdə süd vəzi xərçəngi ilə mübarizə üçün yeni platin birləşmələri hazırlayıb və sınaqdan keçiriblər.

 

Aztibb.az  xəbər verir ki, araşdırmanın nəticələri "Biomedical Materials & Devices" jurnalında dərc olunub.

 

Universitetin yaydığı məlumata görə, sintez edilən yeni birləşmələr hazırda istifadə olunan bəzi kommersiya preparatları ilə müqayisədə daha yüksək effektivlik və daha aşağı toksiklik nümayiş etdirib.

 

Tədqiqatçılar bildirirlər ki, süd vəzi xərçəngi dünyada ən geniş yayılmış onkoloji xəstəliklərdən biri olaraq qalır. Mövcud kimyaterapiya üsulları isə bir çox hallarda residivlər və ağır yan təsirlərlə müşayiət olunur.

 

Ekspert Alena Zıkova qeyd edib ki, alimlər ilk dəfə olaraq həm şiş hüceyrələrinin inkişafını dayandıran, həm də orqanizmə toksik təsiri azaldan birləşmələr əldə etməyə nail olublar. Onun sözlərinə görə, bu nəticə kimyaterapiyanın inkişafı üçün yeni imkanlar yaradır.

 

Araşdırmanın əsas diqqət mərkəzində AV1 adlı platin IV ion kompleksi olub. Süd vəzi xərçəngi hüceyrələri üzərində aparılan laborator sınaqlar göstərib ki, AV1 şiş hüceyrələrinin inkişafını geniş istifadə olunan kommersiya preparatı ilə müqayisədə iki dəfə daha effektiv şəkildə dayandırır.

 

Alena Zıkova bildirib ki, platin IV birləşmələri qan dövranında daha stabil olur və əsasən birbaşa xərçəng hüceyrəsinin daxilində aktivləşir. Bu xüsusiyyət onların klassik platin preparatları ilə müqayisədə daha az toksik olmasına şərait yaradır.

 

Süd vəzi xərçəngi olan siçovullar üzərində aparılan təcrübələr zamanı AV1 birləşməsinin güclü antioksidant və iltihabəleyhinə təsir göstərdiyi, şişin böyüməsini və metastazlaşmasını zəiflətdiyi müəyyən olunub. Bundan əlavə, preparatın hüceyrələrin enerji mübadiləsində mühüm rol oynayan mitoxondrial funksiyaların bərpasına kömək etdiyi müşahidə edilib.

 

Tədqiqat müəlliflərinin fikrincə, yeni preparat xüsusilə kimyaterapiyaya davamlı süd vəzi xərçəngi formalarının, o cümlədən aqressiv hesab olunan üçlü neqativ süd vəzi xərçənginin müalicəsində perspektivli ola bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır