“Zombi hüceyrələr”i məhv edən preparat tapıldı - Yaşlılarda yaralar daha tez sağalacaq
23.05.2026 07:05

Boston Universitetinin alimlərindən ibarət elmi kollektiv müəyyən edib ki, qocalmış hüceyrələrin məhv edilməsi üçün nəzərdə tutulmuş ABT-263 preparatı yaşlı orqanizmlərdə dəri zədələrinin sağalmasını sürətləndirə bilir.

 

Aztibb.az xəbər verir ki, tədqiqatın nəticələri "Aging" jurnalında dərc olunub.

 

Yaş artdıqca toxumalarda senessent hüceyrələr, başqa sözlə, “zombi hüceyrələr” toplanmağa başlayır. Bu hüceyrələr artıq öz funksiyalarını yerinə yetirə bilməsələr də, iltihabı gücləndirən və toxumaların bərpasını zəiflədən siqnal molekulları ifraz etməyə davam edirlər. Mütəxəssislər hesab edirlər ki, dərinin qocalması və yaraların gec sağalması qismən məhz bu hüceyrələrlə əlaqədardır.

 

Araşdırmanın məqsədi senolitik təsirə malik ABT-263 preparatının bu hüceyrələrin aradan qaldırılmasına kömək edib-etmədiyini yoxlamaq olub. Adi dərmanlardan fərqli olaraq, senolitik preparatlar qocalmış hüceyrələri seçici şəkildə məhv edə bilir. Təcrübələr zamanı alimlər preparatı beş gün ərzində yaşlı siçanların dərisinə tətbiq ediblər. Daha sonra heyvanların dərisində kiçik yaralar yaradılıb və sağalma sürəti izlənilib.

 

Məlum olub ki, preparatın tətbiqi hüceyrə qocalmasının əlamətlərini azaldır və toxumaların bərpasını sürətləndirir. Müalicə alan siçanların 80 faizində yaralar 24-cü günə qədər tam sağalıb. Nəzarət qrupunda isə bu göstərici cəmi 56 faiz təşkil edib.

 

Tədqiqat zamanı gözlənilməz bir nəticə də ortaya çıxıb. ABT-263 preparatı qısa müddət ərzində iltihabı artırıb. Ənənəvi olaraq iltihab zərərli proses hesab olunsa da, bu halda qısamüddətli iltihabi reaksiyanın regenerasiya mexanizmlərini yenidən aktivləşdirdiyi müəyyən edilib. Təcrübə heyvanlarında kollagen sintezi, damar yaranması və toxuma yenilənməsi ilə əlaqəli genlərin fəaliyyəti güclənib.

 

Müəlliflər vurğulayırlar ki, yaşlanan dəri yalnız nazikləşmir və qırışmır, eyni zamanda zədələrə daha zəif reaksiya verir. Bu isə yaşlı insanlarda əməliyyatlardan sonra fəsadların və xroniki yaraların sağalmaması riskini artırır.

 

Senolitik preparatlar daxilə qəbul olunduqda bəzən əlavə yan təsirlər yarada bilir. Dəriyə tətbiq zamanı isə onların təsiri daha lokal xarakter daşıyır. Məhz buna görə tədqiqatçılar preparatın bu istifadə formasını ayrıca araşdırıblar. Gənc siçanlarda preparatın təsiri çox zəif olub. Dərman əsasən senessent hüceyrələrin toplandığı toxumalarda effekt göstərib.

 

Alimlərin fikrincə, gələcəkdə bu tip preparatlardan zəif yara sağalması müşahidə olunan xəstələrdə, xüsusilə əməliyyatlardan əvvəl istifadə etmək mümkün ola bilər. Lakin preparatın insanlar üzərində klinik sınaqları hələ qarşıdadır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır