USM hamiləlikdə dölün inkişafını izləyən əsas diaqnostik üsuldur
24.05.2026 13:14

USM hamiləlikdə yalnız görüntü deyil - dölün inkişafını izləyən əsas diaqnostik üsuldur.

 

Bu barədə Aztibb.az-a məlumat verən ATU-nun Tədris Cərrahiyyə Klinikasının şüa diaqnostikası həkimi Şəfəq Həsənquliyeva bildirib ki, ultrasəs müayinəsi vasitəsilə dölün inkişafı mərhələli şəkildə qiymətləndirilir, mümkün risklər vaxtında aşkarlanır və hamiləliyin gedişatı nəzarətdə saxlanılır.

 

Mütəxəssis qeyd edib ki, müasir USM cihazları sayəsində körpənin ürək döyüntüləri, boy və çəki göstəriciləri, daxili orqanların formalaşması, plasentanın vəziyyəti, həmçinin amniotik mayenin miqdarı dəqiqliklə müəyyən olunur. Xüsusilə hamiləliyin 12-ci, 20-ci və 32-ci həftələrində aparılan skrininq müayinələri körpənin anatomik inkişafı ilə bağlı mühüm məlumatlar verir.

 

Ş.Həsənquliyevanın sözlərinə görə, bəzi valideynlər ultrasəs müayinəsini yalnız körpənin cinsiyyətinin müəyyən edilməsi üçün vacib hesab etsələr də, əslində USM daha böyük əhəmiyyət daşıyır: “Ultrasəs müayinəsi dölün inkişaf geriliyi, ürək qüsurları, sinir sistemi problemləri və digər anadangəlmə patologiyaların erkən aşkarlanmasına imkan verir. Bu isə gələcəkdə yarana biləcək risklərin qarşısının vaxtında alınması baxımından olduqca önəmlidir”.

“Biz müayinə zamanı körpənin hərəkətlərini, nəfəsalma aktivliyini, qan dövranını və özünü necə hiss etdiyini də izləyirik. Bəzən ana heç bir narahatlıq hiss etməsə belə, ultrasəs vasitəsilə riskli vəziyyətləri əvvəlcədən müəyyən etmək mümkün olur”.

 

Sonda mütəxəssis əlavə edib ki, hamiləlik dövründə vaxtında və düzgün aparılan ultrasəs müayinələri həm ananın psixoloji rahatlığına, həm də sağlam doğuşun təmin olunmasına mühüm töhfə verir. Onun fikrincə, erkən diaqnostika bir çox hallarda gələcək ağırlaşmaların qarşısını almaqda əsas rol oynayır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır