D vitamini və diabet: Genlər niyə vacibdir?
24.05.2026 12:09
D vitamini prediabeti olan bəzi insanlarda şəkər xəstəliyinin (tip 2 diabet) qarşısını ala bilər. Lakin araşdırmalar göstərir ki, bu fayda bədənimizin genetik quruluşundan asılıdır.
 
Bu barədə Aztibb.az-a məlumat verən həkim-endokrinoloq Fərhad Burzu bildiriib ki, D vitamininin bədəndə işləməsi üçün xüsusi qəbuledicilərə (reseptorlara) ehtiyacı var. İnsanların genetikası fərqli olduğu üçün bu qəbuledicilər də fərqli işləyir. Nəticədə D vitamini bəzi insanlara kömək edir, bəzilərinə isə təsir göstərmir.
 
Onun sözlərinə görə, aparılmış bir araşdırmada prediabet diaqnozu qoyulmuş 2000-dən çox insanın məlumatlarını incələyiblər. Bu insanlar iki qrupa bölünüb və hər qrup gündəlik yüksək dozada (4000 IU) D3 vitamini qəbul edib.
 
Fərhad Burzu qeyd edib ki, təxminən 2.5 il davam edən analizlər nəticəsində məlum olubki "CC" və ya "AC" genotipinə sahib olanlarda D vitamini şəkər xəstəliyi riskini 19% azaldıb. "AA" genotipinə sahib olanlarda isə demək olar ki, heç bir təsir göstərməyib:
"Tip 2 diabet çox mürəkkəb xəstəlikdir və bədəndə onunla bağlı 500-dən çox genetik faktor var. D vitamini bu böyük sistemin sadəcə kiçik bir hissəsidir və təsiri hər insanda eyni olmur. Gələcəkdə genetik testlər sayəsində hər xəstə üçün daha uyğun və fərdi müalicə seçmək mümkün ola bilər".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır