ÜST: Konqo və Uqandada “Ebola” ilə bağlı fövqəladə vəziyyət elan edilib  
20.05.2026 10:38

Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikasında və Uqandada “Ebola” virusunun yayılması ilə əlaqədar beynəlxalq əhəmiyyətli ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.

 

Aztibb.az xəbər verir ki, qərar ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən Beynəlxalq Tibbi-Sanitar Qaydalara uyğun olaraq qəbul olunub. Buna səbəb xəstəliyin geniş regional böhrana çevrilərək nəzarətdən çıxa biləcəyi ilə bağlı narahatlıqlardır.

 

Təşkilatın məlumatına görə, 2026-cı il mayın 16-na olan vəziyyətə əsasən, Konqo Demokratik Respublikasının şərqində yerləşən İturi əyalətində laboratoriya yolu ilə təsdiqlənmiş səkkiz yoluxma faktı, 246 şübhəli hal və ehtimal olunan 80 ölüm qeydə alınıb. Şimali Kivu əyalətində də yeni yoluxma ocağının yarandığı ehtimal edilir.

 

Uqandanın paytaxtı Kampalada Konqo Demokratik Respublikasından gələn səyyahlarda iki yoluxma halının təsdiqlənməsi beynəlxalq narahatlığı daha da artırıb. Xəstələrdən biri ölüb. Daha bir təsdiqlənmiş yoluxma halı isə əsas yoluxma ocağından iki min kilometrdən çox uzaqda yerləşən Kinşasada aşkarlanıb.

 

ÜST-nin bəyanatında vurğulanır ki, hazırkı yayılma beynəlxalq ictimai səhiyyə üçün yüksək risk yaratsa da, hələlik qlobal pandemiya meyarlarına uyğun gəlmir.

 

Təşkilat vəziyyətin ağırlaşmasına səbəb olan amillər sırasında Konqo Demokratik Respublikasının şərqində davam edən qeyri-sabitliyi, humanitar böhranı, bəzi bölgələrdə əhalinin sıx məskunlaşmasını və qeyri-rəsmi tibb müəssisələrinin geniş yayılmasını qeyd edib. Bildirilib ki, bu amillər xəstələrin aşkarlanmasını və onlarla təmasda olan şəxslərin izlənməsini çətinləşdirir.

ÜST xəbərdarlıq edib ki, əhalinin yüksək hərəkətliliyi və sərhədlərarası ticarətin intensivliyi virusun daha geniş yayılmasına şərait yarada bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır