ÜST: Dünyada infeksion xəstəliklərin alovlanmaları daha tez-tez baş verir
21.05.2026 10:55

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, dünyada infeksion xəstəliklərin alovlanmaları getdikcə daha tez-tez müşahidə olunur.

 

Aztibb.az "Gazeta" nəşrinin istinadən xəbər verir ki, bu həftə ÜST və Dünya Bankının Qlobal Hazırlıq Monitorinq Şurasının hesabatında bububla bağlı məlumat verilib.

 

Sənəddə qeyd olunur ki, infeksion xəstəliklərin yayılma halları artdıqca, onların təsiri də daha dağıdıcı xarakter alır. Bu isə səhiyyə, iqtisadiyyat, siyasət və sosial sahələrə daha geniş miqyasda təsir göstərir və ölkələrin böhrandan sonrakı bərpa imkanlarını zəiflədir.

 

Eyni zamanda bildirilir ki, yeni təşəbbüslər bəzi sahələrdə epidemiyalara hazırlıq səviyyəsini yaxşılaşdırsa da, ümumi qlobal vəziyyət bu tədbirlərin effektivliyini azaldır.

 

Əsas səbəblər sırasında geosiyasi parçalanmanın artması, ekoloji böhranlar, beynəlxalq səyahətlərin intensivləşməsi və inkişaf yardımlarının 2009-cu ildən bəri ən aşağı səviyyəyə düşməsi göstərilir.

 

Hesabatda həmçinin vurğulanır ki, COVID-19 pandemiyası və Ebola kimi epidemiya dalğalarından sonra dünya “daha təhlükəsiz” hala gəlməyib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir