Hamilə qadınlar yeməyinə diqqət etməlidir
23.05.2026 11:52
Hamiləliyin ilk əlamətləri yarandığı gündən qadın öz yeməyinə diqqət etməlidir.
 
Aztibb.az xəbər verir ki, yeməyin tərkibində uşağa lazım olan mineral və vitaminlərin olması vacibdir. Elə qida rasionu seçilməlidir ki, dölün inkişafına müsbət təsir etsin və eləcə də hamilə qadının piy çəkisinin artmasına təsir etməsin!
 
Hamiləliyin ilkin dövründə tərkibində fol turşusu, kalsium, dəmir, vitamin B, C, E komponentləri ilə zəngin olan qida məhsulları qəbul edilməlidir. Fol turşusu defisiti uşaqlarda psixi inkişaf pozğunluğuna, hamilələrdə qan azlığına və erkən doğuma səbəb ola bilər. Birinci trimestrdə ət, balıq, tərəvəz və süd məhsulları ilə qidalanmaq lazımdır.
 
Düzgün qidalanmama hamilələrdə toksikoza səbəb ola bilir. Hamiləliyin 6-cı həftəsində döldə skelet formalaşdığı üçün süd və süd məhsullarından istifadə edilməlidir. Qidada kalsium və fosforun miqdarı çox olmalıdır. Bu elementlər süd məhsullarının tərkibində çoxluq təşkil edir. 9-10-cu həftələrdə sink, vitamin E tərkibli qidalardan istifadə edilməlidir.
 
Çörək ehtiyaclarını yulaf, arpa, qəhvəyi düyü, bulqurla ödəmək daha məsləhətdir. Süd məhsulları seçərkən təzə pasterizə olunmuş süd məhsullarından uzaq olmaq məsləhətdir( bunlarda toksoplazma, bruselyoz, listerioza yoluxma riski var). Hamilə hər gün 1000 mq kalsium almalıdır. Süd, qatıq, pendir yaşıl tərəvəzlər kalsium mənbəyidir. Həmçinin onlar hər gün 27 mq dəmir qəbul etməlidir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır