Günəş şüaları dəridə müəyyən xəsarətlər yarada bilər - Yusif Cabbarlı 
18.05.2026 15:37
Yaz mövsümündə günəş radiasiyasının intensivliyi tədricən artır və qış dövründən sonra həssaslaşan dəri üçün əlavə risk yaradır. Ultrabənövşəyi (UV) şüalar dərinin səthinə və qatlarına təsir edərək müəyyən zədələnmələrə səbəb olur.
 
Bu barədə Aztibb.az-a məlumat verən 1 nömrəli Dəri-Zöhrəvi Dispanserin baş həkimi Yusif Cabbarlı bildirib ki, günəş şüalarının təsiri dəri tipindən asılı olaraq dəyişir. Dəri tipinə görə günəşin təsiri fərqli olur. Açıq rəngli dəri ilə tünd rəngli dəriyə günəş şüaları fərqli təsir edir. Eyni zamanda quru və yağlı dərilərdə də fərqli yanaşmalarla qorunmaq lazımdı. Açıq rəngli dərilər və uşaq dərisi daha həssas olduğundan daha çox yana bilər.
 
Onun sözlərinə görə, günəş şüaları dəridə müəyyən xəsarətlər də yarada bilər. Günəş şüalarından qorunmadıqda dəridə yanıqlar, ləkələr yarana bilər, xüsusilə xalları olanlar daha diqqətli olmalıdır. Dəri tamlığı pozulduğu hallarda isə ikincili infeksiyalar, sızanaqlar yarana, dermatitlər, ekzemalar ola bilər. Belə hallarda mütləq şəkildə dermatoloqlara müraciət etmək vacibdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır