Ağdaşda yaşayan şəhid ailələri, qazilər və rayon sakinləri tibbi müayinələrə cəlb olunub
18.05.2026 16:05
Ağdaş Rayon İcra Hakimiyyətinin dəstəyi, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının və Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı, “Yeni Azərbaycan Partiyası”nın təşəbbüsü ilə “Hədəf 130/80” layihəsi çərçivəsində Ağdaş rayonunda yaşayan şəhid ailələri, qazilər və rayon sakinləri tibbi müayinələrə cəlb olunub.
 
Ağdaş RMX-dan Aztibb.az-a bildirilib ki, aksiya çərçivəsində şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları da daxil olmaqla ümumilikdə 217 nəfər ixtisaslı həkimlər — kardioloq, endokrinoloq və nevropatoloqlar tərəfindən müayinə edilib. Onlardan 128 nəfəri laborator və instrumental (EXO, USM, EKQ) müayinələrdən keçib.
 
Tibbi aksiya zamanı iştirakçılar, həmçinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Arterial Hipertenziya şöbəsinin rəhbəri, Kardiologiya kafedrasının müdiri, professor Tofiq Cahangirov və institutun aparıcı həkim-mütəxəssisləri tərəfindən müayinə olunub.
 
Bununla yanaşı, professor Tofiq Cahangirov tərəfindən xəstəxananın tibb işçiləri üçün arterial hipertenziyadan qorunma yolları ilə bağlı maarifləndirici məlumat verilib
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır