ATU əməkdaşları Özbəkistanda beynəlxalq konfransda iştirak ediblər
19.05.2026 08:32
Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Silk Road - 2026” adlı plastik, rekonstruktiv və estetik cərrahların III beynəlxalq Avrasiya konfransında iştirak ediblər.
 
Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.
 
Qeyd olunub ki, tədbir çərçivəsində plastik cərrahiyyə, kosmetologiya və üz-çənə cərrahiyyəsi sahəsində qabaqcıl metodların, innovasiyaların və klinik təcrübələrin mübadiləsi aparılıb.
 
Konfransda ATU nümayəndələri - Azərbaycan Plastik Cərrahlar Cəmiyyətinin sədri, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, professor Vaqif Qələndər, Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti Nigar Sultanova, həkim-mütəxəssislər Dilqəm Məmmədov və Günel Əhmədova məruzələrlə çıxış ediblər.
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Oromandibulyar distoniya nədir?
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib   
Gəncədə