İqlim dəyişikliyinin yeni təhdidi
19.05.2026 15:23

Qlobal istiləşmə və iqlim dəyişikliyi, polen mövsümünün uzanması və artan hava çirkliliyi ilə birlikdə, xüsusilə uşaqlar arasında astma hallarını artıran əsas amillərdən birinə çevrilib.

 

Aztibb.az "Deutsche Welle" nəşrinin məlumatına istinadən yazır ki,  professor Dr. Qalip Ekuklunun sözlərinə görə, qlobal istiləşmə və iqlim dəyişikliyi xüsusilə uşaqlarda astma hallarının artmasına səbəb olur.

 

Professor iqlim dəyişikliyinin astmaya təsiri ilə bağlı açıqlamasında polen mövsümünün getdikcə uzanmasının astmanı tətikləyən əsas amillərdən biri olduğunu qeyd edib.

 

Dünyanın ə bu prosesdən birbaşa təsirləndiyini vurğulayan alim bildirib ki, əvvəlki illərlə müqayisədə daha çox meşə yanğınları ilə qarşılaşırıq. Meşə yanğınlarından yaranan kül və tozlar, eləcə də səhradan gələn tozlar hava çirkliliyini artıran əsas amillər arasındadır. O, iqlim dəyişikliyinin ikinci dərəcəli təsirlərinin də nəzərə alınmalı olduğunu bildirib və bu faktorların astmaya səbəb ola biləcək risklərin artmasına şərait yaratdığını qeyd edib.

 

Xüsusilə Avropa məlumatlarının bu tendensiyanı açıq şəkildə göstərdiyini bildirən alim əlavə edib: “Bu gedişat davam edərsə, gələcəkdə dünyada 400 milyon insanın astma xəstəsi olacağı və artımın davam edəcəyi proqnozlaşdırılır.”

 

O həmçinin qeyd edib ki, allergiya riski olan uşaqların iqlim dəyişikliyinin mənfi təsirlərindən qorunması üçün zəruri tədbirlər gecikmədən həyata keçirilməlidir.

Alimlərin fikrincə, qlobal istiləşmənin insan sağlamlığı üzərindəki təsirləri artıq təhlükəli həddə çatıb. Londonda 114 beynəlxalq mütəxəssisin iştirakı ilə hazırlanan “Lancet Health and Climate Change Countdown Report” adlı hesabatda qeyd olunur ki, hazırda dünyada insanlar 1986–2005-ci illərlə müqayisədə iki dəfə daha çox həddindən artıq istilərə məruz qalır. Bu vəziyyətin xüsusilə yaşlılar və azyaşlı uşaqlar üçün həyati təhlükə yaratdığı bildirilir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır