Tərtər Rayon Mərkəzi Xəstəxanasında təlim: “Kardiogen şok"
17.05.2026 10:30
Tərtər Rayon Mərkəzi Xəstəxanasında “Kardiogen şok" mövzusunda təlim keçirilib.
 
Xəstəxanadan aztibb.az-a bildirilib ki, təlimdə Tərtər RMX-nın Baş həkimi Bəkir Nağıyev və həkim-kardioloq Səməd Əliyev çıxış ediblər.
 
Təlimin məqsədi tibb işçilərinin şok vəziyyətləri zamanı düzgün və operativ müdaxilə bacarıqlarının artırılması, bu kimi həyati təhlükəli hallarda ilkin yardım və reanimasiya tədbirlərinin düzgün icrası barədə biliklərinin təkmilləşdirilməsi olub.
 
Müxtəlif növ şok halları (hipovolemik, kardiogen, septik və s.), onların yaranma səbəbləri, klinik əlamətləri və diaqnostik yanaşmalar haqqında geniş məlumat verilib.
 
İştirakçılara şok vəziyyətində olan pasiyentə ilkin yanaşma prinsipləri, həyati vacib funksiyaların qiymətləndirilməsi, vaxtında və düzgün reanimasiya tədbirlərinin aparılması qaydaları izah olunub.
 
Mövzu ətrafında qarşılıqlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və praktik fəaliyyət zamanı qarşılaşa biləcək situasiyalar barədə fikir mübadiləsi aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır