Famil Mustafa: "Müasir tibbdə istifadə olunan anesteziya preparatları və avadanlıqlar sayəsində əməliyyatların maksimum təhlükəsiz şəkildə aparılması mümkündür"
18.05.2026 09:38
Tədris Cərrahiyyə Klinikasının anestezioloqu Famil Mustafa Aztibb.az-a anesteziya ilə bağlı cəmiyyətdə formalaşan qorxu və narahatlıqlara münasibət bildirib, həmçinin anesteziya növləri və onların tətbiqi barədə məlumat verib.
Mütəxəssisin sözlərinə görə, cəmiyyətdə anesteziyaya qarşı psixoloji qorxu və narahatlıq halları mövcuddur. Bu isə əsasən yanlış məlumatlar və xəbərlərlə əlaqələndirilir.
Həkim bildirib ki, müasir tibbdə istifadə olunan anesteziya preparatları və avadanlıqlar sayəsində əməliyyatların maksimum təhlükəsiz şəkildə aparılması mümkündür. Anesteziya digər tibbi prosedurlar kimi müəyyən risklər daşısa da, bu risklər ciddi nəzarət altında minimuma endirilir.
Anesteziyanın növü əməliyyatın xarakterinə, xəstənin yaşı, ümumi sağlamlıq vəziyyəti və digər tibbi göstəricilərə əsasən fərdi şəkildə seçilir. Lokal anesteziya daha kiçik müdaxilələrdə, ümumi anesteziya isə daha geniş və mürəkkəb əməliyyatlarda tətbiq olunur.
Onun sözlərinə görə, hər bir pasiyent üçün dərman dozası və preparat seçimi fərdi yanaşma ilə həyata keçirilir və bu proses ciddi tibbi protokollara əsaslanır.
Həkim həmçinin vurğulayıb ki, “narkozdan ölüm” kimi ifadələr elmi baxımdan düzgün deyil. Belə hallar yalnız ciddi tibbi vəziyyətlərdə və ya protokollara əməl olunmadıqda yarana bilər. Müasir praktikada anesteziya nəzarətli və təhlükəsiz şəkildə icra olunur.
Sonda qeyd olunub ki, anesteziya zamanı pasiyentin tam təhlükəsizliyi təmin edilir və bütün əməliyyatlar peşəkar nəzarət altında həyata keçirilir.
Bu bölməyə aid digər xəbərlər
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

