Vaskulit əleyhinə "Tavneos" dərmanı 20 nəfərin ölümünə səbəb olub
18.05.2026 07:07

Yaponiyada vaskulitin müalicəsi üçün nəzərdə tutulmuş "Tavneos" preparatını qəbul etdikdən sonra 20 nəfər dünyasını dəyişib.

 

Aztibb.az "Firstpost"un məlumatına istinadən xəbər verir ki, bu barədə preparatı daxili bazara buraxan yerli "Kissei Pharmaceutical" əczaçılıq şirkəti məlumat yayıb.

 

Qeyd edilib ki, dərman qəbulu ilə ölüm halları arasındakı birbaşa səbəb-nəticə əlaqəsi heç də bütün epizodlarda öz təsdiqini tapmayıb. Qeydə alınmış ağır qaraciyər zədələnmələri halları fonunda "Kissei Pharmaceutical" tibb müəssisələrinə müraciət edərək bu preparatın yeni pasiyentlərə təyin edilməməsini qəti şəkildə tövsiyə edib. Bundan əlavə, şirkət yaranmış vəziyyətlə əlaqədar Yaponiya Səhiyyə Nazirliyi ilə fəal məsləhətləşmələr aparır.

 

Preparatın 2022-ci ildə bazara çıxarılmasından bu yana Yaponiya ərazisində təxminən 8,5 min pasiyent onu həkim təyinatı ilə alıb. Artıq müalicə kursu keçənlərə qaraciyərin zədələnməsi ilə bağlı mövcud riskləri ətraflı izah etmək və alternativ terapevtik sxemlərə keçid imkanını nəzərdən keçirmək tövsiyə olunub.

 

ABŞ-nin "ChemoCentryx" şirkəti tərəfindən yaradılan "Tavneos" preparatının aprelin 27-də ABŞ-nin Qida və Dərman İdarəsi Amerika bazarındakı qeydiyyat vəsiqəsini geri çağırmaq planlarını elan edib. Buna əsas kimi qeydiyyat sənədlərində aşkar edilmiş qeyri-səhih məlumatlar, eləcə də preparatın terapevtik effektivliyinə dair yaranmış şübhələr göstərilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır