15 May – Beynəlxalq Ailə Günüdür
15.05.2026 08:07

Müasir dünyada cəmiyyətin təməl daşı olan ailə institutunun qorunması və təbliği qlobal xarakter daşıyır. Məhz bu məqsədlə, hər il 15 may tarixi bütün dünyada Beynəlxalq Ailə Günü kimi geniş qeyd olunur. Bu əlamətdar gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə müvafiq olaraq təsis edilib və 1994-cü ildən etibarən beynəlxalq təqvimə daxil edilib.

 

Aztibb.az xəbər verir ki, Beynəlxalq Ailə Gününün qeyd olunmasında əsas məqsəd – ailə institutunun cəmiyyətin ən müqəddəs, sarsılmaz və birləşdirici dayağı olduğunu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Bu gün bəşəriyyəti çoxəsrlik milli və mənəvi ailə dəyərlərini qorumağa, nəsillərarsı bağı gücləndirməyə və ailə üzvlərini bir-birinə qarşı daha qayğıkeş, məsuliyyətli olmağa səsləyir.

 

Azərbaycanda da ailə dövlətin və cəmiyyətin himayəsindədir. Xalqımızın milli-mənəvi dəyərlər sistemində ailə hər zaman uca tutulmuş, fərdin formalaşmasında, sağlam gələcəyin qurulmasında və vətənpərvərlik ruhunun aşılanmasında ilkin mənbə rolunu oynamışdır. Bu xüsusi gün, həmçinin ailələrin qarşılaşdığı sosial, iqtisadi və demoqrafik problemlərə diqqət çəkmək, onların rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinə dəstək vermək baxımından böyük önəm kəsb edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır