Hər gün 8 saat otursanız, bədəninizdə nə baş verir?
18.05.2026 13:53

Alimlər çoxsaylı risklərdən danışır. 

 

Çilili alimlər müəyyən ediblər ki, gündə 8 saatdan çox oturmaq onlarla xəstəliyin inkişafı riskini artırır.

 

Aztibb.az  "Medikforum" nəşrinə istinadən yazır ki, araşdırma Argentina, Braziliya, Çili, Kolumbiya, Kosta-Rika, Ekvador, Peru və Venesuelada yaşayan 20–65 yaş arası təxminən 8000 kişi və qadın üzərində aparılıb.

 

İştirakçıların oturaq vəziyyətdə keçirdiyi orta vaxt 420 dəqiqə, yəni gündə 7 saat olub. Ekvadorda bu göstərici ən aşağı (300 dəqiqə), Argentina və Peruda isə ən yüksək (480 dəqiqə) olub. Nəticədə alimlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri ilə razılaşıblar: oturaq vəziyyətdə keçən vaxt minimuma endirilməlidir.

 

Tədqiqatın müəllifi, doktor İrina Kovalskis nə deyi?

 

“Əvvəllər düşünürdük ki, intensiv fiziki məşqlər hərəkətsiz həyat tərzini kompensasiya edə bilər. Lakin indi bilirik ki, ümumilikdə hərəkətsiz həyat tərzi və uzun müddət oturmaq birbaşa təsir göstərir və xroniki xəstəliklər üçün müstəqil risk faktorudur.”

 

O əlavə edib ki, orta hesabla 420 dəqiqə oturaq vaxt tədqiq edilən əhali üçün narahatlıq doğurur, çünki onların 60%-i piylənmədən əziyyət çəkib. Bundan başqa, iştirakçılarda ürək-metabolik risk göstəriciləri də yüksək olub.

 

Fiziki aktivliyin azlığı səbəbindən ölüm və ya xroniki xəstəlik riskinin artması ideyası XX əsrin ikinci yarısından formalaşıb, lakin son 20 ildə alimlər xüsusilə oturma vaxtına diqqət yetirməyə başlayıblar.

 

Emori Universitetinin qlobal səhiyyə üzrə dosenti doktor Felipe Lobelo bildirir ki, sağlamlıq üçün aktivliyin artırılması vacibdir. O qeyd edir ki, minimum fiziki aktivliklə bağlı tövsiyələr var, lakin oturma üçün belə bir standart yoxdur.

 

Lobelo deyir:“Gündə 8 saatdan çox oturmaq xroniki xəstəliklərin, o cümlədən piylənmə və diabetin riskini əhəmiyyətli dərəcədə artırır. Bu risk 6–8 saat aralığında kəskin yüksəlməyə başlayır.”

 

Gündəlik həyatda nə etmək olar?

 

Doktor Devis gündəlik oturaq vaxtı azaltmaq üçün bunları tövsiyə edir:

Telefonla danışarkən gəzin.


İşdə ayaqüstü masa istifadə edin.


Mümkünsə iclasları ayaqüstü keçirin.


İş yerində həmkarlarla danışmaq üçün yazışmaq əvəzinə yanlarına gedin.


Sadə işləri (sənəd oxuma, baxış) ayaqüstü edin.


Telefona qalxıb hərəkət etmək üçün xatırlatma qurun.


Televizora baxarkən reklam fasilələrində qısa hərəkətlər edin.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır