Kolorektal xərçəng: Erkən aşkarlama həyat qurtarır
17.05.2026 10:07
Kolorektal xərçəng — yoğun bağırsaq və düz bağırsaqda inkişaf edən bədxassəli şişdir. Dünyada ən çox rast gəlinən xərçəng növlərindən biridir, lakin erkən mərhələdə aşkarlandıqda tam müalicə mümkündür.
 

Bu barədə Aztibb.az-a HTC Cliniva Hospitalın ümumi cərrahı, proktoloq və endoskopisti Anar Əliyev məlumat verib.

Həkim bildirib ki, əksər hallarda xəstəlik əvvəlcə polip (xoşxassəli törəmə) kimi başlayır, zamanla bədxassəli şişə çevrilə bilər. Bu proses illərlə davam edir — yəni profilaktika üçün vaxt var.

Əlamətləri hansılardır?
Nəcisdə qan (gizli və ya açıq)
Bağırsaq vərdişlərində dəyişiklik (qəbizlik / ishal)
Qarın ağrısı, köp
Səbəbsiz çəki itkisi
Xroniki yorğunluq (qanazlığı ilə bağlı)
Erkən mərhələdə çox zaman simptomsuz keçir.
 
Risk faktorları:
45 yaşdan yuxarı
Ailədə kolorektal xərçəng və ya polip tarixi
Lifdən kasad, yağlı qidalanma
Fiziki passivlik
Xroniki bağırsaq xəstəlikləri.
 
Skrininq – nə vaxt və necə?
45 yaşdan sonra mütəmadi yoxlanış tövsiyə olunur
Gizli qan testi (FOBT/FIT)
Kolonoskopiya — qızıl standartdır
Kolonoskopiya zamanı poliplər aşkar edilərək eyni anda götürülə bilər.
 
Qarşısını almaq mümkündürmü?
Bəli — risk ciddi şəkildə azaldıla bilər:
Lifli qidalarla zəngin qidalanma
Fiziki aktiv həyat tərzi
Çəkinin normada saxlanması
Skrininq müayinələrini gecikdirməmək
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır