Alimlər yeniyetmələrdə tənhalıq hissinin səbəbini müəyyən ediblər
18.05.2026 10:46

İndoneziya Universitetinin alimləri yeniyetmələrdə tənhalıq hissinə hansı amillərin təsir etdiyini araşdırıblar.

 

Aztibb.az “Gazeta.SPb” nəşrinin yaydığı məlumata istinadən yazır ki, bu hissin yaranmasına bir neçə səbəb təsir göstərir.

 

Tədqiqat çərçivəsində orta yaşı 14 olan 700-dən çox yeniyetmə haqqında məlumat təhlil edilib. Onların əksəriyyəti yuxarı sinif şagirdləri olub və iştirakçıların yarısının ailə gəliri ölkə üzrə orta göstəricidən aşağı səviyyədə olub.

 

Araşdırma nəticəsində məlum olub ki, öyrənilən bütün amillər emosional problemlərlə əlaqəlidir. Əsas səbəb kimi yeniyetmələrin ətrafdakı insanlarla münasibət qurmaqda çətinlik çəkməsi göstərilib. Məhz bu amil daha çox tənhalıq hissinə səbəb olub.

 

İkinci yerdə məktəbdə təhlükəsizlik hissinin zəif olması qərarlaşıb. Üçüncü əsas amil isə internet asılılığı olub.

 

Tədqiqatçılar qeyd ediblər ki, bu faktorlar uşaqların emosional vəziyyətinə ciddi təsir göstərir. Narahatlıq, əhval dəyişkənliyi və əsəbilik yaşayan yeniyetmələr zaman keçdikcə özlərini daha tənha hiss edirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır