Şagirdlər sağlam həyat tərzi və zərərli vərdişlərin təhlükəli təsirləri barədə məlumatlandırılıb
16.05.2026 13:13
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı şəhəri üzrə Tərlan Heybətov adına “Vətən” İdman Liseyi, 1 nömrəli İdman Liseyi, Kimya və Biologiya Təmayüllü Respublika Liseyində maarifləndirici tədbirlər təşkil olunub.
 
Aztibb.az-a İSİM-dən verilən xəbərə görə, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən tədbirlərdə şagirdlərə sağlam həyat tərzi və zərərli vərdişlərin təhlükəli təsirləri barədə ətraflı məlumat verilib.
 
İSİM-in Təlim-resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva geniş təqdimatla çıxış edərək şagirdlərə tütün məmulatları, alkoqollu içkilər və narkotik maddələrdən uzaq olmağın vacibliyini vurğulayıb.
 
O, zərərli vərdişlərin insanda güclü fiziki və psixoloji asılılıq yaratdığını, ağır fəsadlara səbəb olduğunu izah edib, gənc nəsli sağlam həyat tərzi seçməyə səsləyib. Məktəblilərə, həmçinin enerji içkilərinin və qeyri-sağlam qidalanmanın zərərləri barədə məlumat verilib, onlara hər gün fiziki aktiv olmaq, erkən yaşlardan sağlamlıqlarına məsuliyyətlə yanaşmaq tövsiyə edilib.
 
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və şagirdlərə İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar paylanılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır