Ağrıkəsicilərin çox istifadəsi təhlükəlidir
16.05.2026 12:01
Müəyyən ağrılar zamanı dərman qəbul edilir. Təbii ki, ağrılar şiddətlənəndə əlacsız qalıb ağrıkəsici içməkdən başqa çarə qalmır. Ancaq bəzi hallarda onlardan tez-tez istifadə olunur. Sakitləşdirici təsir göstərən həmin preparatların qəbulundan sonra onun orqanizmə vuracağı zərərlər də az deyil.
 
Bu barədə Aztibb.az-a Tərtər Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti Aytəkin Paşayeva bildirib.
 
Onun sözlərinə görə, bədənində ağrısı olan xəstə bunun səbəbini araşdırmadan ağrıkəsicidən istifadə edəndə dərmanın yan təsirləri ortaya çıxır. Məsələn, böyrək çatışmazlığı ilə əlaqədar müraciət edən xəstələrin 30-40 faizində ağrıkəsicilərin yersiz istifadəsi müşahidə edilir. Mədə qanamaları, mədə yaraları, böyrək çatışmazlığı, qaraciyər çatışmazlığı və s. kimi xəstəliklərin çoxunun altındakı səbəb ağrıkəsicilərdir. Bəzən xəstə hansısa dərmandan istifadə edir, faydası olmayanda başqa dərman qəbul edir və ağrıların yenə də keçmədiyindən gileylənir. Deməli, bədəndə gizli gedən proses var və onun ağrıkəsicilərlə keçib gedən bir hal olmadığını göstərir.
 
Həkim-terapevt qeyd edib ki, dərmanlardan asılılıq fizioloji və psixoloji maraq əsasında qruplaşdırılır:
“Dərman asılılığını, yəni ağrıkəsici qəbulunu aradan qaldırmaq üçün ilk növbədə bədəndə gedən prosesə təsir göstərib həmin ağrını aradan qaldırmaq lazımdır. Bütün ağrılar aradan qalxandan sonra da xəstənin bədəni həmin ağrıkəsicini tələb edirsə, deməli, xəstə hələ də həmin dərmanın ona kömək edəcəyini düşünür. Həmin haldan tamamilə azad olmaq üçün mütləq peşəkar nevropatoloq və ya psixiatrın nəzarəti altında dərman qəbuluna başlanılmalı və onların nəzarəti altında dərman qəbulu dayandırlmalıdır”.
 
Aytəkin Paşayeva vurğulayıb ki, ən çox ağrıkəsici kimi istifadə olunan qeyri-steroid, iltihab əleyhinə dərmanlar qaraciyərə mənfi təsir göstərir. Müntəzəm olaraq həftədə bir dəfədən çox ağrıkəsici qəbul etmək sağlamlıq üçün zərərlidir.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır