ÜST: "Alkoqollu içkilərin hətta kiçik dozalarla qəbulu xərçəngə səbəb ola bilər"
19.11.2020 10:33

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunda qadınlarda düz bağırsaq xərçəngi və döş xərçəngi kimi bir sıra onkoloji xəstəliklərin yaranması ilə alkoqollu içkilərin kiçik dozalarda belə qəbulu arasında birbaşa əlaqənin olduğunu müəyyənləşib.

 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Regional Bürosunun yeni bülletenində məlumat verilir.

 

ÜST bəzi xərçəng növlərinin və bununla birgə onlarla digər qeyri-yoluxucu xəstəliklərin alkoqollu içkilərlə əlaqəli olması barədə xəbərdarlıq edir. Avropa regionunda alkoqollu içkilər hər gün 2 min 545 nəfərin ölümünə səbəb olur. Təkcə 2018-ci ildə 180 min nəfər bu səbəbdən xərçəng xəstəliyinə tutulub. Onlardan 92 min nəfəri həyatını itirib.

 

“Bu, heç də xərçənglə bağlı növbəti adi “qorxuducu” təzyiq deyil. Alkoqollu içkilərin hətta kiçik dozalarla qəbulunun belə onkoloji xəstəliklərə səbəb olması barədə əlimizdə inandırıcı faktlar var. İctimaiyyət bilməlidir ki, tərkibi əsasən etil spirtinin qatışığından ibarət olan alkoqollu içkilərin qəbulu xərçəng xəstəliyinin yaranmasına səbəb olur”, - deyə ÜST-nin Avropa bürosunda ölkə proqramları şöbəsinin direktoru Nino Berdzuli söyləyib.

 

Berdzulinin sözlərinə görə, alkoqollu içkilərin qəbulu səbəbindən 2018-ci ildə regionda xərçəng xəstəliyinə tutulma hallarının 11 faizinin əksəriyyətində gündəlik doza bir şüşə pivədən (500 ml.), iki stəkan şərabdan (200 ml.) və ya 60 ml. spirtli içkidən artıq olmayıb.

 

ÜST Avropa regionundakı ölkələri alkoqollu içkilərin qəbulunu azaltmaq və bu problemlə bağlı vətəndaşların məlumatlılığını təmin etmək istiqamətində səyləri birləşdirməyə çağırıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır