Bir sıra tibb müəssisələrinə yeni direktor və direktor müavinləri təyin olunub  
13.05.2026 15:11

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə yeni direktor və direktor müavinləri təyin olunub.

 

Aztibb.az-a TƏBİB-dən verilən xəbərə görə, qurumun icraçı direktoru Anar Bayramov bununla bağlı müvafiq əmrlər imzalayıb.

 

Əmrlərə əsasən, Erkin Xəyyam oğlu Rəhimov Respublika Pediatriya Mərkəzinin direktoru, Dinar İlqar qızı Qəhrəmanova Respublika Endokrinoloji Mərkəzinin direktoru, Fərəh Afad qızı Qaraqurbanlı Nizami Tibb Mərkəzinə direktor müavini, doğum evinin rəhbəri və Rəxşəndə Mənsur qızı Əhmədova Respublika Dəri-Zöhrəvi Mərkəzinə direktor müavini, baş həkim təyin olunub.

 

Xatırladaq ki, E.Rəhimov 2001-2003-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb, 2003-2007-ci illərdə təhsilini İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində davam etdirib. 2008-2012-ci illərdə eyni universitetin Uşaq sağlamlığı və xəstəlikləri ixtisası üzrə uzmanlıq təhsilini tamamlayıb.

 

2012-2014-cü illərdə "İstanbul Memorial Hizmet" Xəstəxanasında Neonatologiya şöbəsinin rəhbəri olaraq fəaliyyət göstərib. 2019-cu ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının assistentidir.

 

2014-cü ildən hazırkı təyinatınadək "Baku Medical Plaza"nın Pediatriya şöbəsinin müdiridir.

 

O, həmçinin Azərbaycan Pediatriya Cəmiyyətinin İdarə Heyətinin sədr müavini, Kistoz Fibrozlu Xəstələrə Yardım İctimai Birliyinin İdarə Heyətinin üzvü, eləcə də Beynəlxalq Pediatriya Assosiasiyasının Daimi Komitəsinin üzvüdür.

E.Rəhimov eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin pediatriya üzrə mütəxəssis-ekspertidir.

 

D.Qəhrəmanova 2001-2007-ci illərdə Odlar Yurdu Universitetinin Müalicə işi fakültəsini bitirdikdən sonra, 2007-2008-ci illərdə Azərbaycan Tibb Universitetində internaturanı tamamlayaraq, 2023-cü ildə praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiqləyən sertifikasiya imtahanından keçib.

 

2014-2024-cü illərdə Sabunçu Tibb Mərkəzinin Terapiya şöbəsində həkim, 2014-cü ildən hazırkı təyinatına qədər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Ailə təbabəti kafedrasının assistenti, həmçinin 2024-cü ildən Respublika Endokrinoloji Mərkəzinin Poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

D.Qəhrəmanova ÜST-nin yerli və beynəlxalq seminar və təlimlərində iştirak edib. O, həmçinin Qatar, İspaniya və Sloveniyada keçirilən beynəlxalq konqres və seminarlarda iştirakçı olub.

 

F.Qaraqurbanlıya 1997-ci ildə Azərbaycan Respublikasında tibb elmləri namizədi alimlik dərəcəsi, 2004-cü ildə Rusiya Federasiyası Ali Attestasiya Komissiyası tərəfindən tibb elmləri doktoru, 2006-cı ildə Ali Attestasiya Komissiyası tərəfindən tibb elmləri doktoru alimlik dərəcəsi, 2024-cü ildə isə professor elmi adı verilib.

 

1991-1999-cu illərdə bir sıra dövlət tibb müəssisələrində həkim-mama-ginekoloq, 1999-2004-cü illərdə 5 nömrəli Kliniki Doğum Evinin Hamiləliyin patologiya şöbəsinin müdiri, 2004-2008-ci illərdə 5 nömrəli Kliniki Doğum Evinin baş həkimi vəzifəsində çalışıb.

 

2004-2010-cu illərdə Odlar Yurdu Universitetinin Tibb fakültəsinin müəllimi kimi əmək fəaliyyətinə davam edib.

 

2008-ci ildən hazırkı təyinatınadək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində və "Baku Medical Plaza"da həkim-mama-ginekoloq, həmçinin 2018-ci ildən Azərbaycan Dillər Universitetinin Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasında müəllim vəzifəsində çalışıb.

 

O, 109-dan çox elmi-tədqiqat işinə rəsmi opponentlik edib, 97 elmi əsərin, o cümlədən 3 monoqrafiyanın və 2 dərsliyin müəllifidir.

 

R.Əhmədova 1988-1994-cü illərdə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra 1994-1995-ci illərdə Respublika Dəri-Zöhrəvi Dispanserində internatura təhsili alıb, 2016-cı ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

 

1997-1999-cu illərdə Respublika Dəri-Zöhrəvi Dispanserində həkim, 1999-2020-ci illərdə Serologiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

2020-ci ildən hazırkı təyinatadək Respublika Dəri-Zöhrəvi Mərkəzinin Laboratoriya şöbəsinin müdiri olub.

ÇOX OXUNANLAR
 Azərbaycanda transplantasiyanın tarixi   
Azərbaycan-Britaniya Peşəkarlar Assosiasiyası və Böyük Britaniya Rəqəmsal Səhiyyə Şurası Londonda tarixi elmi konfransa imza atıb
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
İnfeksion və parazitar xəstəliklər çox vaxt qeyri-spesifik əlamətlərlə başlayır - İnfeksionist Elvira Əliyeva
Böyük Britaniyada yaradılmış ilk Azərbaycan təşkilatı olan AABP
Samux Rayon Mərkəzi Xəstəxanasında BLS təlimi keçirilib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Şamaxıda İİV-ə görə müayinələr aparıb
Laçın RMX-da maarifləndirici təlim: “Allergik xəstəliklərin profilaktikası, erkən diaqnostikası, müalicəsi və risk faktorları” 
Səmimiyyəti və peşəkarlığı ilə seçilən həkim  Minirə Baxşəliyeva - “Həkimlərimizi tanıyaq!” rubrikası 
Quba rayonunun Qonaqkənd kəndində səyyar tibbi müayinələr təşkil edilib
 XMTU nümayəndə heyəti ATU-nun klinikalarında olub   
 ATU-da “Uşaqlarda genetik və irsi metabolik xəstəliklər” fənnini tədris edən nevroloq İspaniyada magistraturanı uğurla başa vurub   
“Elektron resept” tətbiqinin istifadə dairəsinin genişləndirilməsi məqsədilə maarifləndirici seminar təşkil olunub