Sidikdə bir damla qan belə sidik kisəsi xərçənginin əlaməti ola bilər
14.05.2026 11:38

Sidik Kisəsi Xərçəngi Maarifləndirmə Ayı çərçivəsində  mütəxəssislər sidikdə görünən ağrısız qanaxmanın sidik kisəsi xərçənginin ilk əlamətlərindən biri ola biləcəyini bildiriblər.

 

Aztibb.az "CNN Türk"ə istinadən xəbər verir ki, onkoloq Nuri Karadurmuşun bildirdiyinə görə, “bir dəfə oldu keçdi” düşüncəsi təhlükəlidir: “Çay rəngində və ya açıq qırmızı sidik müşahidə edilirsə, bunu mütləq ciddi qəbul etmək və həkimə müraciət etmək lazımdır”.

 

Mütəxəssisin sözlərinə görə, sidik kisəsi xərçəngi daha çox 65-70 yaş aralığında rast gəlinir. Lakin siqaret istifadəsinin artması xəstəliyin daha gənc yaşlarda da müşahidə olunmasına səbəb olur. O vurğulayıb ki, siqaret bu xərçəng növü üçün ən mühüm risk faktorudur və riski təxminən 3 dəfə artırır.

 

Həkim bildirib ki, arsenik kimi toksik maddələr, kimya, tekstil və boya sənayesində istifadə olunan maddələr, eləcə də tez-tez təkrarlanan infeksiyalar və sidik daşı problemi də xəstəlik riskini yüksəldən amillər sırasındadır.

 

Adətən qadınlarda sidik kisəsi xərçəngi kişilərlə müqayisədə daha az görülsə də, gec diaqnoz səbəbindən xəstəlik daha ağır keçə bilir.

 

Mütəxəssislər erkən diaqnozun və müasir müalicə metodlarının həm həyat müddətini, həm də xəstələrin yaşam keyfiyyətini artırdığını vurğulayıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır