Səhiyyə naziri Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşüb
13.05.2026 10:37

Səhiyyə naziri Teymur Musayev Asiya İnkişaf Bankının (AİB) Sektorlar Departamenti 3-ün (SD3) Baş direktoru Kristin Enqstromun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.


Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, görüşdə Teymur Musayev bildirib ki, Azərbaycan hökuməti səhiyyə sisteminin dayanıqlı inkişafı, tibb infrastrukturunun modernləşdirilməsi və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxışının təmin olunmasını prioritet istiqamət kimi müəyyən edib. Teymur Musayev qeyd edib ki, son illərdə ölkədə tibb müəssisələrinin müasirləşdirilməsi, rəqəmsal həllərin tətbiqi istiqamətində mühüm addımlar atılıb.


Nazir vurğulayıb ki, Asiya İnkişaf Bankı ilə əməkdaşlıq səhiyyə sektorunda həyata keçirilən islahatların daha effektiv icrasına və beynəlxalq təcrübənin tətbiqinə mühüm töhfə verir. O, gələcəkdə innovativ layihələrin, xüsusilə regional səhiyyə infrastrukturunun inkişafı və tibbi kadr potensialının gücləndirilməsi sahəsində birgə təşəbbüslərin əhəmiyyətini qeyd edib.

 

Öz növbəsində, Kristin Enqstrom Azərbaycan hökumətinin səhiyyə sahəsində həyata keçirdiyi islahatları yüksək qiymətləndirib və AİB-in bu proseslərə dəstək verməyə hazır olduğunu vurğulayıb. O, insan kapitalının inkişafı və sosial sektor layihələri baxımından Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətini qeyd edərək, xüsusilə ana və uşaq sağlamlığı, tibbi kadrların hazırlanması və innovativ tibbi texnologiyaların tətbiqi sahəsində yeni birgə təşəbbüslərə maraq göstərib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır