Klinik, regenerator, translyasion təbabət üzrə elmi şuranın onlayn iclası keçirilib
08.07.2020 11:29

İyulun 3-də Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Klinik, regenerator, translyasion təbabət üzrə elmi şurasının onlayn iclası keçirilib.

 

Şuranın elmi katibi, Azərbaycan Tibb Universitetinin (ATU) II Cərrahi xəstəliklər kafedrasının dosenti, t.e.d. Rasim Cəfərlinin moderatorluğu ilə keçirilən tədbirdə ATU-nun fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alan doktorant və dissertantlarının dissertasiya mövzuları müzakirə olunub.

 

Onlayn iclasda bildirilib ki, doktorant və dissertantlar müasir tibb elminin prioritet istiqamətləri, annotasiyaların yazılma qaydalarını əks etdirən nümunələr, eləcə də aktual mövzulara dair müvafiq məlumatlarla (metodik vəsaitlər) AMEA-nın veb-saytında yer alan linklər vasitəsilə tanış ola bilərlər.

 

Diqqətə çatdırılıb ki, dissertasiya mövzuların seçilməsi və şuraya təqdim ediləcək annotasiyaların tərtibatı zamanı veb-saytda göstərilən məlumatlar nəzərə alınmalıdır. Həmçinin tələb olunan sənədlərin siyahısı və formaları veb-sayt vasitəsilə onlayn qaydada əldə edilə bilər.

 

Müzakirələrdə ATU-nun I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov, universitetin prorektoru, tibb üzrə fəlsəfə doktoru, dosent Rauf Bəylərov, ATU-nun Doktorantura şöbəsinin müdiri, professor Rizvan Məmmədov və tibb elmlər doktoru, dosent Rasim Cəfərli iştirak edərək dissertasiya mövzularının seçilməsində rast gəlinən problemlərdən danışıb, bu istiqamətdə müvafiq tövsiyələrini veriblər.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub