Diabet gözlərə necə zərər vurur? – Oftalmoloqdan vacib xəbərdarlıq
14.05.2026 13:44

Şəkərli diabet xəstələrində görmə zəifliyinin əsas səbəblərindən biri göz dibində maye toplanmasıdır. Tibbdə bu hal “diabetik makulyar ödem” adlanır.

 

Aztibb.az xəbər verir ki, oftalmoloq Benjamin Kərimovun sözlərinə görə, qanda şəkərin səviyyəsinin uzun müddət yüksək qalması gözün torlu qişasında yerləşən kiçik qan damarlarının divarlarını zədələyir. Nəticədə damarların keçiriciliyi artır və damar daxilindəki maye ətraf toxumalara sızmağa başlayır. Bu maye birbaşa kəskin və rəngli görməyə cavabdeh olan mərkəzi nahiyədə - makulada (sarı ləkədə) toplanaraq ödem yaradır.

 

“O zaman xəstədə dumanlı görmə, xətlərin əyri görünməsi, oxumaqda çətinlik və zaman keçdikcə görmə itiliyinin ciddi azalması müşahidə olunur”, — deyə oftalmoloq vurğulayıb.

 

Ekspert qeyd edib ki, xəstələrin ən çox yanıldığı məqam xəstəliyin ilkin mərhələsində ağrı və ya nəzərəçarpan şikayətlərin olmamasıdır. Məhz buna görə də şəkərli diabetdən əziyyət çəkən şəxslər görmələrində problem hiss etməsələr belə, mütəmadi olaraq tam oftalmoloji və göz dibi müayinəsindən keçməlidirlər.

 

Mütəxəssis əlavə edib ki, vaxtında aşkarlanan diabetik makulyar ödem müasir inyeksiya və lazer müalicə protokolları vasitəsilə uğurla idarə oluna bilir.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır