Zoonoz xəstəliyinə şübhəli heyvanların ölkəyə idxalının qarşısını alınıb
13.05.2026 07:32

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədəki epizootik salamatlığın, heyvan sağlamlığının təmin olunması və ölkə ərazisinə zoonoz mənşəli infeksiyaların daxil olmasının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir.

 

Aztibb.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

 

2026-cı ilin 12 may tarixində "Ana Vətən Aqro" MMC tərəfindən Gürcüstan Respublikasının “Universal Business Company” şirkətindən idxal olunması nəzərdə tutulan ümumilikdə 134 baş kəsim üçün gətirilmiş diri iribuynuzlu heyvan “Qırmızı Körpü” Qida təhlükəsizliyi nəzarəti məntəqəsində qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun olaraq kliniki müayinədən keçirilib.

 

Aparılan kliniki baxış zamanı 2 baş heyvanda şübhəli əlamətlər aşkarlanıb. Belə ki, heyvanlarda ümumi vəziyyətin zəifləməsi, davamlı müvazinət pozuntuları və temperaturunun normadan yüksək olması (40,5 və 40°C) müəyyən edilib. Qeyd olunan kliniki əlamətlər heyvanlarda yoluxucu və ya digər xəstəliklərin əlamətidir ki, bu hal təhlükəsizlik baxımından riskli hesab olunur.

 

Mövcud riskləri nəzərə alaraq, heyvanların ölkə ərazisinə idxalına icazə verilməyib və bütövlükdə yük partiyası geri qaytarılıb.

 

Xatırladaq ki, AQTA tərəfindən cari ilin 5 may tarixində də zoonoz xəstəliklərə şübhəli heyvanların ölkəyə idxalının qarşısını alınıb. Agentlik Gürcüstandan diri heyvan idxalı ilə məşğul olan şirkətlərə xəbərdarlıq edir ki, idxal zamanı mövcud prosedurları həyata keçirsinlər. Əks təqdirdə həmin şirkətlər barəsində qanunvericiliklə nəzərdə tutulan tədbirlər görülərək idxala məhdudiyyətlər tətbiq ediləcək.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır