ÜST rəhbəri: koronavirusa tam qalib gəlmək üçün vaksinlər kifayət etmir
19.11.2020 10:22

Koronavirus pandemiyasına son qoymaq üçün bir peyvənd kifayət deyil. Təhlükəsizlik tədbirlərinin görülməsi, kütləvi testlərin aparılması və yoluxanlarla təmasda olanların yoxlanması əvvəlki tək çox vacibdir.

 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus “Moderna” şirkətinin istehsal etdiyi vaksinlərin effektivliyini müzakirə edərkən bildirib.

 

Bazar ertəsi KİV-də gedən məlumatına görə, Amerikanın “Moderna” şirkətinin ekspertləri tərəfindən yaradılmış peyvəndin üçüncü, yəni sonuncu, klinik sınaq mərhələsi zamanı onun effektivliyinin 94,5 faiz təşkil etdiyi məlum olub. Sınaqlar zamanı 95 nəfərin koronavirusa yoluxması səbəbindən onlara peyvənd əvəzinə plasebo təyin edilib. Xəstəliyi ağır formada keçirən 11 nəfərin hamısının nəzarət qrupunda olan, yəni plasebo təyin olunmuş pasiyentlərdən ibarət olduğu bildirilir.

 

Xatırladaq ki, ötən həftə “Pfizer” şirkəti “BioNTech” adlı alman firması ilə birgə hazırladığı vaksinin müsbət təsirə malik olduğunu bəyan etmişdi.

 

Doktor Tedros, həmçinin bildirib ki, klinik sınaqlar başa çatandan və vaksin bazara çıxarılandan sonra da, ona qarşı məhdudiyyət qoyulacaq.

 

“Təklifə əvvəldən məhdudiyyət tətbiq ediləcək. Üstünlük ilk növbədə, tibb işçilərinə, qocalara və risk qrupuna daxil olan digər kateqoriyadan olanlara veriləcək. Bu, ölüm hallarının sayını azaltmağa və səhiyyə sistemini dəstəkləməyə imkan verəcək. Lakin bundan sonra virusun yayılması üçün daha çox imkanlar yaranacaq”, - deyə doktor Tedros bildirib.

 

O, ÜST-də vaksinlərin effektivliyi ilə bağlı xəbərləri “ehtiyatlı nikbinliklə” qəbul etdiyini və hazırda vəziyyətin bir çox ölkələrdə ürəkaçan olmadığını qeyd edib: “Bəzi ölkələrdə xəstələrin sayının artması bizi çox narahat edir. Avropada, Cənubi və Şimali Amerikada səhiyyə sistemləri və tibb işçiləri bu sahədə daha çox çalışırlar”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır