Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
09.05.2026 11:35

Azərbaycan Tibb Universitetində (ATU) Türkiyənin Yozqat Bozok Universitetinin rektoru, professor Evren Yaşar ilə görüş keçirilib.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün atılan addımlar, bu istiqamətdə görülən ardıcıl tədbirlər və əldə olunan nailiyyətlərdən, həmçinin iki dövlətin təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi üçün perspektivlərdən söz açıb.

 

Yozqat Bozok Universitetinin rektoru, professor Evren Yaşar da Azərbaycan və Türkiyə universitetləri arasında sıx əməkdaşlığa toxunaraq, bu sahədə münasibətlərin daha da dərinləşdirilməsinə göstərilən qarşılıqlı maraqdan danışıb.

 

Görüş zamanı iki ali təhsil müəssisəsi arasında elmi-tədqiqat, təhsil və innovasiya sahələrində əməkdaşlıq imkanları geniş müzakirə olunub. Tərəflər akademik heyət və tələbələrin mübadiləsi, birgə elmi layihələrin reallaşdırılması, konfrans və simpoziumların təşkili, həmçinin tibb sahəsində qabaqcıl təcrübə və biliklərin paylaşılması istiqamətlərində əməkdaşlığın perspektivlərini dəyərləndiriblər.

 

Daha sonra Yozqat Bozok Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Hər iki ali təhsil müəssisəsi üçün yeni inkişaf imkanları hədəfləyən memorandum birgə elmi tədqiqatların aparılması, müasir tədris metodlarının tətbiqi və innovativ tibbi texnologiyaların öyrənilməsi sahəsində əməkdaşlığı ehtiva edir.

 

Sənəddə müəllim və tələbə mübadiləsi proqramlarının genişləndirilməsi, ortaq təhsil proqramlarının hazırlanması və ixtisasartırma imkanlarının artırılması kimi müxtəlif istiqamətlər yer alıb.  

 

Memorandum tərəflər arasında bilik və təcrübə mübadiləsinin sürətləndirilməsi, tibb təhsilinin keyfiyyətinin yüksəldilməsi, elmi nəticələrin praktik səhiyyə sahəsinə tətbiqinə və regionda peşəkar mütəxəssislərin hazırlanması işinə əhəmiyyətli töhfə verəcək.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır