Elnur Azadxanov: "Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sistemində əsaslı islahatlar aparılıb"
08.05.2026 16:11
Sumqayıt Tibb Mərkəzində (STM) Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətimizin banisi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
 
STM-dən Aztibb.az-a bildirilib ki, öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.
 
Tədbiri giriş sözü ilə açan STM-nin direktoru Elnur Azadxanov Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. O, bildirib ki, Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, səhiyyə sistemində də əsaslı islahatlar aparılıb, bu sahənin maddi-texniki bazası möhkəmləndirilib və əhalinin sağlamlığının qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.
 
Direktor qeyd edib ki, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Ulu Öndərin siyasi irsi böyük uğurla davam etdirilir, səhiyyə sahəsinin inkişafı dövlətin əsas prioritetlərindən biri olaraq qalır.
 
Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən, onun dövlətçilik irsini və səhiyyəyə verdiyi dəyəri əhatə edən videoçarx nümayiş olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır