ATU-da Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş tədbir keçirilib
09.05.2026 13:35

Azərbaycan Tibb Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi ehtiramla yad olunub.

 

Tədbiri giriş sözü ilə açan ATU-nun YAP təşkilatının sədri, Patoloji fiziologiya kafedrasının müdiri, professor Sabir Əliyev çıxışında Azərbaycan xalqının tarixində Heydər Əliyevin rəhbərlik etdiyi dövrlərin müstəsna rolu olduğunu diqqətə çatdırıb. Professor Ulu Öndərin həm sovet dövründə, həm də müstəqillik illərində ölkəyə rəhbərlik etdiyi mərhələlərin Azərbaycanın inkişafında mühüm dönüş nöqtəsi olduğunu vurğulayıb.

 

Onun sözlərinə görə, 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi seçilməsi ilə respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında əsaslı dəyişikliklər başlanıb. Həmin dövrdə Azərbaycan ittifaq respublikaları arasında geridə qalan mövqedən irəli sıralara yüksəlməyə başlayıb. Sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə və milli-mənəvi dəyərlərin qorunması istiqamətində mühüm qərarlar qəbul olunub.

 

Professor S. Əliyev xüsusilə vurğulayıb ki, Ulu Öndər rəhbərliyinin ilk aylarında Bakı Dövlət Universitetində keçirilən tədbirdə Azərbaycan dilində çıxış edərək milli dilə və milli kimliyə verilən önəmi nümayiş etdirib və bu addım milli özünüdərkin və milli ruhun güclənməsində mühüm rol oynayıb.

 

Çıxış zamanı Azərbaycanın tarixinə böyük zəfərlər qazandıran Prezident İlham Əliyevin fəaliyyətinə də diqqət çəkən  professor bildirib ki, dövlət başçısı Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək xalqın ən böyük arzusunu gerçəkləşdirib.

 

Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin xarici media nümayəndələrinə verdiyi müsahibələri də xatırladan professor bildirib ki, dövlət başçısı böyük siyasi xadim kimi qətiyyəti, siyasi hazırlığı və diplomatik mövqeyi ilə hər zaman seçilib.

 

Daha sonra Tibbi mikrobiologiya və immunologiya kafedrasının müdiri, professor Həqiqət Qədirova çıxış edərək Heydər Əliyevin milli kadr potensialının formalaşdırılması, səhiyyə və tibb təhsilinin inkişafı istiqamətində gördüyü mühüm işlərdən danışıb. O bildirib ki, Ulu Öndər hər zaman elmə, təhsilə və xüsusilə tibb sahəsinə böyük diqqət və qayğı göstərib, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib.

 

Tədbirdə daha sonra Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Videoçarx iştirakçılar tərəfindən maraqla izlənilib.

 

Ardınca I Müalicə-profilaktika fakültəsinin 3-cü kurs tələbəsi Azərin Şükürlü çıxış edib. O, Ulu Öndərin zəngin siyasi fəaliyyəti, dövlətçilik təfəkkürü və yüksək liderlik keyfiyyətləri ilə Azərbaycan gəncləri üçün hər zaman örnək olduğunu bildirib.

 

ATU-nun akademik heyəti və tələbələrin iştirak etdiyi tədbirdə Ulu Öndərin həyatı, fəaliyyəti və zəngin irsi ilə bağlı cıxışlar böyük maraqla dinlənilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır