ATU-nun zabit və kursant heyəti üçün Heydər Əliyevin zəngin dövlətçilik irsinə həsr olunan tədbir keçirilib
08.05.2026 16:49

Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi Tibb Fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.

ATU-dan Aztibb.az-a verilən məlumata görə, əvvəlcə zabit heyəti Ulu Öndərin büstünü ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad edib.

Tədbidə çıxış edən fakültə rəisi, tibb xidməti polkovniki Məharət Rzayev Ümummilli Liderin dövlətçiliyin inkişafı, Azərbaycan Ordusunun formalaşdırılması və milli dəyərlərin qorunmasında göstərdiyi tarixi xidmətlərdən danışıb. O bildirib ki, Heydər Əliyevin zəngin dövlətçilik irsi bu gün də Azərbaycan xalqı və gəncliyi üçün örnəkdir.

Fakültə rəisinin tədris işləri üzrə müavini – şöbə rəisi, tibb xidməti polkovniki Vüsal Rüstəmzadə də çıxışında Ulu Öndərin təhsil və gənclər siyasətinə verdiyi önəmdən, xüsusilə hərbi təhsil sahəsində həyata keçirilən uğurlu islahatlardan bəhs edib.

Kursantlar adından çıxış edən Gözəlov Əkrəm isə Heydər Əliyevin gənclər siyasəti barədə ətraflı məlumat verib.

“Xalqın Adamı” adlı sənədli filmin nümayişi ilə davam edən tədbirdə Ümummilli Liderin həyat və fəaliyyəti bir daha iştirakçıların diqqətinə çatdırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır