Hantavirusa yoluxan üç nəfər tibbi yardım üçün Niderlanda göndərilib - ÜST
07.05.2026 13:53

Hantavirusa yoluxma şübhəsi olan üç nəfər Kabo-Verdenin sahilləri yaxınlığında lövbər salmış "MV Hondius" kruiz gəmisindən təxliyə edilərək tibbi yardım üçün Niderlanda göndərilib.

 

Aztibb.az www.bbc.com-a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus "X" sosial şəbəkəsində yazıb.

 

"ÜST gəmi operatorları ilə işləməyə davam edir ki, sərnişinlərin və ekipajın sağlamlıq vəziyyətini diqqətlə izləsin, lazımi tibbi müşahidəni və zərurət olduqda təxliyəni dəstəkləmək üçün ölkələrlə əməkdaşlıq etsin. Gəmidəki sərnişinlərin və artıq sahilə çıxanların monitorinqi və sonrakı müşahidəsi gəmi operatorları və milli səhiyyə orqanları ilə əməkdaşlıq çərçivəsində başlanılıb. Hazırkı mərhələdə ictimai sağlamlıq üçün ümumi risk aşağı olaraq qalır", - o qeyd edib.

 

ÜST-ün məlumatına görə, təxliyə edilənlərdən ikisi ekipaj üzvüdür.

Qeyd edək ki, sərnişinlər bir ay əvvəl xəstələnməyə başlayıb. Aprelin 26-da Cənubi Afrikada ərinin ölümündən sonra kruiz gəmisini tərk etmiş Niderland vətəndaşı olan qadın vəfat edib. Daha iki nəfər hələ də müalicə altındadır – biri Yohannesburqda, digəri isə İsveçrənin Sürix şəhərindədir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır