Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsi əsaslı təmirdən sonra istifadəyə verilib  
06.05.2026 12:28

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirir.

 

TƏBİB-dən Aztibb.az-a verilən məlumata görə, bu çərçivədə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsi əsaslı təmir olunaraq yenidən istifadəyə verilib.

 

Əsaslı təmirdən sonra təşkil olunan açılış mərasimində TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Ağstafa Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyad Yusifov, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Müşfiq Hüseynov, xəstəxana əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Təcili tibbi yardım şöbəsinin fəaliyyəti barədə məlumat verən Ağstafa Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyad Yusifov bildirilib ki, əsaslı təmir işlərinə 2025-ci ilin avqust ayında başlanılıb və şöbənin strukturunun təkmilləşdirilməsi, müasir tələblərə uyğunlaşdırılması istiqamətində işlər görülüb.

 

Təmir zamanı xəstələrin vəziyyətlərinin ağırlıq dərəcələrinə görə ayrılması üçün triaj sahəsi yaradılıb. Sürətli, effektiv və keyfiyyətli tibbi yardımın göstərilməsinin təmin edilməsi üçün qırmızı, sarı və yaşıl sahələr ayrılıb.

 

Bunlardan əlavə, pediatrik yardım, kiçik cərrahi əməliyyat və müdaxilə, o cümlədən təcili doğum otaqları yaradılıb.

 

Təmir zamanı şöbəyə mərkəzləşdirilmiş oksigen sistemi quraşdırılıb və binadan kənarda stansiya yaradılıb. Eyni zamanda, şöbənin elektrik və istilik sistemləri də yenidən qurulub. Şöbə yeni tibbi avadanlıqlarla təchiz edilib.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Oromandibulyar distoniya nədir?
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib   
Gəncədə