Bəzən koronavirusu qrip hesab edərək həkimə müraciət etməyə tələsmirlər - Səhiyyə Nazirliyi 
18.11.2020 18:11

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı iki cür psixologiyaya mənsub insanlar var. Bir qrup insanlar ona ümumiyyətlə inanmır, ikinci qrup insanlar isə virus infeksiyasına yoluxmaqdan çox ehtiyat edirlər. Hətta panik atak keçirənlər də var, - deyə Səhiyyə Nazirliyinin İşçi qrupunun üzvü Günay Quluzadə qeyd edib.

 

Aztibb.az xəbər verir ki, o, karantin dövrünün insanların psixologiyasına təsir etdiyini də bildirib: “Qapanmalar, uzun müddət evdən bayıra çıxmamaq, işə getməmək və ya onlayn qaydada işləmək insanların həm fiziki aktivliyinin azalmasına, həm də stresdən yaranan qidalanma pozğunluğuna səbəb olur. Həmin müddətdə müəyyən əhali qrupu arasında artıq çəki alanlar, az qisim əhali arasında isə çəki itirənlər olur. Bu, qidalanmanın düzgün olmaması nəticəsində yaranan problemlər idi. Əlbəttə, belə həyat tərzinə alışanlar üçün normal həyata qayıtmaq heç də asan olmur. Lakin onlar mütəxəssislərin, o cümlədən psixoloq və psixiatrların yardımı ilə normal həyata qayıtmaq imkanı əldə edə biləcəklər”.

 

O, həmçinin risk qrupuna daxil olan insanlar barədə deyib: “Risk qrupu müəyyən edilərkən müəyyən amillər nəzərdə tutulur. Məsələ burasındadır ki, yaşı 65-dən yuxarı olanlarda həm xroniki xəstəliklər, həm də immun sisteminin zəifləməsi, orqanizmdə maddələr mübadiləsinin zəifləməsi kimi halların olması COVID-19-la mübarizəni xeyli dərəcədə çətinləşdirir. Ona görə həmin yaşdan yuxarı olanlar həssas qrupa daxil edilir. Lakin təkcə onlar deyil, xroniki xəstəlikləri olanlar, immun sistemindən əziyyət çəkənlər, 3 yaşına qədər uşaqlar da risk qrupuna daxil edilirlər”.

 

G.Quluzadə daha sonra deyib: “COVID-19, qrip və SARS oxşar xəstəliklərdir. Lakin qrip xəstəliyinin ştammları dəyişir. Hətta bir mövsümdə olan qrip növbəti mövsümdə başqa ştammlarla mövcud olur. Əlbəttə, onlar fərqli xəstəliklər olsa da, oxşar əlamətlərə malikdir. Elə buna görə də bəzən qriplə COVID-19-u səhv salırlar və çox zaman narahatlıq hiss edərkən onu mövsümlə əlaqədar qrip hesab edərək həkimə müraciət etməyə tələsmirlər. Havaların kəskin dəyişməsi qrip xəstəliyinin artmasına və geniş yayılmasına səbəb olur. Lakin indiki dövrdə bu xəstəliyə yoluxma zamanı COVID-19 infeksiyasının olduğunu da nəzərdən qaçırmaq olmaz. Gecikmələr, həkimə müraciət zamanı ləngimə və yubanmalar çox vaxt xəstəliyin qrip olduğunu güman etmək nəticəsində baş verir. Koronavirusa yoluxma zamanı xəstələr 3-4 gün evdə qalaraq onun qrip olduğunu və ötüb keçəcəyini gözlədiklərindən infeksiya daha da dərinləşmiş olur. Hətta qriplə COVID-19-a eyni vaxtda yoluxma da baş verə bilər. Təbii ki, oxşarlıqlar çoxdur, hər iki halda qızdırma baş verir, boğazda ağrı və qıcıqlanma, öskürək ola bilər. Əsas kəskin fərq ondan ibarətdir ki, COVID-19-a yoluxma zamanı iybilmə və dadbilmə hissi itir. Daha ağır hallarda isə təngənəfəslik və tənəffüsdə çətinliklər yaranır. Ona görə də bunun baş verməməsi üçün ilk simptomları hiss edən kimi mütləq yubanmadan sahə həkiminə və ya tibb müəssisəsinə müraciət etmək lazımdır”.

 

“Dəfələrlə deyilməsinə və xəbərdarlıq edilməsinə baxmayaraq, koronavirus infeksiyasına yoluxma zamanı onu gizlətmək istəyənlər olur. COVID-19 infeksiyası hava-damcı yolu ilə yayılır, ətrafda hər yerdə ona yoluxmaq mümkündür və heç kəs də bundan sığortalanmayıb. Üstəlik ona yoluxmaq heç də istəyimizlə bağlı deyil və yoluxduğuna görə cəmiyyət heç kəsi qınamır. Ona görə də burada gizlətməyə ehtiyac olan bir şey yoxdur. Təcrübə göstərir ki, gigiyenik qaydalara düzgün riayət etmək və üç sadə qaydanı gözləməklə yoluxmaqdan qorunmaq olar.

 

Koronavirusu sağaldan və onun müalicəsində istifadə edilən konkret bir müalicə üsulu yoxdur. Yeganə bir yol immun sistemin güclənməsinə nail olmaq və orqanizmi möhkəmləndirmək, ən başlıcası isə üç qızıl qaydaya - maska, məsafə və gigiyenaya əməl etməkdən ibarətdir, - deyə G.Quluzadə fikrini yekunlaşdırıb. 

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib