ABŞ-ın Nyu-York şəhərində koronavirusun yeni variantına yoluxanların sayı artıb
03.01.2024 09:04

ABŞ-ın Nyu-York şəhərində koronavirusun JN.1 adlı yeni variantına yoluxanların sayı artıb.

 

Aztibb.az "Report"-a istinadla xəbər verir ki, ilk dəfə ABŞ-də sentyabr ayında aşkar edilmiş JN.1 virusuna yoluxanların sayı son iki həftə ərzində kəskin şəkildə çoxalıb.

 

Mütəxəssislər havaların soyuması ilə virusun bu sıçrayışının gözlənilən olduğunu bildiriblər.

 

Yerli ekspertlərin fikrincə, JN.1-in bu sürətlə yayılması onun immun sistemlərində koronavirusun digər variantlardan daha yaxşı ötürülə biləcəyini göstərir. JN.1 infeksiyasının simptomları öskürək, qızdırma, bədən ağrıları və yorğunluq da daxil olmaqla əvvəlki koronavirus variantlarının yaratdığı simptomlara bənzəyir. Xüsusən də yaşlılar, körpələr, immun sistemi zəifləmiş və ya xroniki vəziyyətdə olan insanları üçün virusa yoluxma riski yüksəkdir.

 

ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin yaydığı məlumatda sanitariya-gigiyena qaydalarına riayət etməklə yanaşı maskalardan istifadə, mümkün olduqca qapalı yerlərdə havalandırmanın yaxşılaşdırması, xəstələrə evdə qalmaq və ən son koronavirus peyvəndini almasının vacibliyi qeyd olunub.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib