BioNTech xərçəng dərmanı üçün tədbirlərə başlayıb
11.01.2024 10:19

COVID-19 epidemiyasına qarşı peyvəndlər hazırlayan ilk şirkətlər arasında olan BioNTech önümüzdəki illərdə xərçəng araşdırmalarına daha çox diqqət yetirəcəyini açıqlayıb.

 

Aztibb.az bu barədə medimagazin.com.tr-yə istinadla bildirir.

 

BioNTech-dən verilən açıqlamada, San Fransiskoda keçirilən JP Morgan səhiyyə konfransında şirkətin baş direktoru və həmtəsisçisi prof. Uğur Şahin hal-hazırda müxtəlif xərçəng növləri üçün qabaqcıl inkişaf mərhələsində araşdırmalar apardıqlarını və 2024-cü ilin sonuna qədər on və ya daha çox potensial təsdiqlə əlaqəli araşdırmalar etməyi hədəflədiklərini söyləyib.

 

U.Şahin "Bu il BioNTech-də mühüm tətbiq ili olacaq, çünki biz 2026-cı ildən gözlənilən ilk onkoloji tətbiqlərimizə doğru innovativ məhsullarımızı genişləndirməyə və inkişaf etdirməyə davam edirik", -  deyə bildirib.

 

Qeyd edilib ki, şirkət bu il əsasən COVID-19 peyvəndlərindən təxminən 3 milyard avro gəlir əldə etməyi hədəfləyir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib