İşıq çirklənməsi immun sisteminə mənfi təsir göstərə bilər
04.06.2026 10:41

İşıq çirklənməsi immun funksiyanı poza və ölüm riskini artıra bilər.

 

Aztibb.az xarici mətbuata istinadla xəbər verir ki, bununla bağlı Təl-Əviv Universitetinin alimləri araşdırma ediblər. Bildirilib ki, gecə süni işıqlandırma orqanizmin təbii bioloji ritmlərini pozaraq sağlamlığa ciddi təsir göstərə bilər.

 

“Environmental Pollution” jurnalında dərc olunan tədqiqatda aşağı səviyyəli süni işığın belə immun sisteminin fəaliyyətinə təsir etdiyi müəyyən edilib. Qeyd edilib ki, təcrübələr zamanı süni işığa məruz qalan vəhşi gəmiricilərdə ölüm riski nəzarət qrupu ilə müqayisədə 2 dəfədən çox artıb. Tədqiqatçılar süni işıq immun sisteminin gündəlik ritmi pozduğunu və orqanizmin infeksiyalara qarşı reaksiyasını zəiflətdiyini vurğulayıblar. Onlar həmçinin bildiriblər ki, işıq çirklənməsi yalnız ekoloji deyil, həm də insan sağlamlığı üçün risk yaradan amil kimi qiymətləndirilməlidir.

 

Tədqiqatın nəticələri şəhər işıqlandırmasının yenidən nəzərdən keçirilməsinin vacibliyini göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır