Çində həkimlər ürəyi 40 saat dayanmış pasiyenti xilas ediblər  
23.04.2026 11:37

Çjetszyan Universitetinin İkinci Xəstəxanasının həkimləri ürəyi faktiki olaraq 40 saatdan çox döyünməyən pasiyenti xilas ediblər.

 

Aztibb.az iz.ru-ya istinadla xəbər verir ki, hadisə barədə Çinin “Sohu” nəşri məlumat yayıb. Təxminən 40 yaşlı kişi sinədə sıxılma hissi və nəfəs darlığı şikayətləri ilə klinikaya yerləşdirilib. Qısa müddət sonra ehtimal olunur ki, onda qəfil sürətli miokardit nəticəsində ürək dayanması baş verib. Miokardit ürək əzələsinin ağır iltihabıdır və çox vaxt virus infeksiyası ilə əlaqəli olur.

 

Təcili yardım şöbəsinin aparıcı həkimi Lu Syaonun sözlərinə görə, pasiyentdə davamlı mədəcik fibrilyasiyası müşahidə olunurdu. Bu, ürəyin qanı səmərəli şəkildə vurmasına imkan verməyən təhlükəli ritm pozuntusudur. Defibrilyasiya vasitəsilə ritmi bərpa etmək üçün təxminən on dəfə cəhd göstərilsə də, nəticə əldə olunmayıb. Pasiyentin həyati funksiyaları yalnız aparat vasitəsilə saxlanılırdı.

 

Həkimlər pasiyenti ekstrakorporal membran oksigenasiyası (EKMO) sisteminə qoşublar. Bu sistem müvəqqəti olaraq ürək və ağciyərlərin funksiyalarını öz üzərinə götürür. Bununla yanaşı, qan dövranını saxlamaq və tromb yaranmasının qarşısını almaq üçün əlavə üsullar da tətbiq olunub.

 

40 saatdan çox davam edən intensiv terapiyadan sonra pasiyentin ürəyi tədricən bərpa olunmağa, ritm isə normallaşmağa başlayıb. EKMO aparatı orqanizmi təxminən 10 gün dəstəkləməyə davam edib, bundan sonra onu ayırmaq mümkün olub. Təxminən 20 gün sonra pasiyent özünə gəlib və ciddi ağırlaşmalar müşahidə olunmadan xəstəxanadan evə buraxılıb.

 

Həkimlər bildirirlər ki, nadir rast gəlinən belə hallar müasir tibbi texnologiyaların, mütəxəssislərin birgə və çevik fəaliyyəti, həmçinin uğurlu şəraitin bir araya gəlməsini tələb edir. Son illərdə EKMO aparatının istifadə edilməsi ilə uzunmüddətli ürək dayanmasından sonra xilas edilən digər pasiyentlər barədə də məlumat verilib, lakin belə nəticələr hələ də müstəsna hal kimi hesab olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır