Ağır toksikodermiya diaqnozu qoyulan xəstə KTM-də sağaldı  
22.04.2026 15:19
27 yaşlı pasiyent ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib. Qəbul zamanı pasiyentin bədəni dərinin bütün səthini əhatə edən yayılmış səpkilərlə örtülü olub. Ümumi vəziyyəti ağır qiymətləndirilib.
 
 
Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, anamnezdən məlum olub ki, pasiyent 10 gün öncə skarlatina xəstəliyi (boğaz ağrısı, yüksək hərarət və bədəndə parlaq qırmızı səpkilərlə xarakterizə olunan kəskin infeksion xəstəlikdir) keçirib və bu səbəbdən antibiotik terapiyası qəbul edib.
 
Aparılmış laborator və instrumental müayinələr nəticəsində pasiyentə dəqiqləşdirilməmiş toksikodermiya diaqnozu təyin edilib. Dərhal intensiv terapiyaya başlanılıb.
 
Müalicə həkimi Natella Qurbanova tərəfindən aparılan uzunmüddətli və kompleks müalicə tədbirləri nəticəsində, təxminən 2 ay ərzində pasiyentin ümumi vəziyyətində nəzərəçarpacaq müsbət dinamika əldə olunub. Dəri səpkiləri tədricən geriləyib və həyati göstəricilər stabilləşib.
 
Hazırda pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilir, stasionar şəraitdə müalicəsi davam etdirilir. Yaxın günlərdə ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır